Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarın heyvan bazarında mal-qara ucuzlaşıb


Biləsuvarın heyvan bazarında mal-qara ucuzlaşıb

12 iyun 2023, Bazar ertəsi
996
0

Biləsuvar rayonunun heyvan bazarında mal-qara ucuzlaşıb.

Bu barədə "Bilesuvarinfo"ya satıcılar məlumat verib.

Onların sözlərinə görə, rayonun heyvan bazarında ucuzlaşma müşahidə edilir:

"Biləsuvar bazarında qiymətlərin düşməsi alveri də canlandırıb. İri və xırdabuynuzlu heyvanlar ucuzlaşıb. Heyvanların diri çəki qiymətində hər kq üzrə bir-iki manat enmə var".

Satıcıların sözlərinə görə, qiymətlərin enməsi satışa da təsir edib. Onlar mal-qaranın ucuzlaşmasını bazarda heyvanın bol olması ilə əlaqələndirirlər.

Lakin ət satışı məntəqələrində apardığımız müşahidələrə əsasən hələlik burada ətin qiymətində eniş yoxdur, qiymətlər stabil olaraq qalıb. 

Mal-qara ucuzlaşmasını ekspertlər müvəqqəti hesab edirlər. Onların sözlərinə görə, hazırda ot və taxıl biçini bol olduğu üçün belə bir vəziyyət yaranıb. Amma bu müvəqqəti haldır, gələcəkdə qiymətlər yenidən qalxacaq.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan