» » Biləsuvarda qanuni kəsim məntəqəsi yoxdur


Biləsuvarda qanuni kəsim məntəqəsi yoxdur

Azərbaycanın 21 rayonunda qanuni kəsim məntəqəsi yoxdur.

Bu barədə "Bilesuvarinfo"ya Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, ölkə üzrə müasir baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin sayı 74-ə çatdırılıb. Bu rəqəm Agentlik fəaliyyətə başladığı dövrdə 15 idi. Hazırda bu istiqamətdə fəaliyyətlər daha da genişlənməkdədir.

Onu da qeyd edək ki, hazırda Bakı şəhərində müasir tələblərə uyğun 22 kəsim məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələr Bakı şəhəri üzrə gündəlik kəsim tələbatını qarşılamaq imkanına malikdir. Həmin kəsim məntəqələrində gündə 1025 baş iribuynuzlu və 9470 baş xırdabuynuzlu heyvanın kəsimi həyata keçirilə bilər. Həmçinin Sumqayıt şəhəri üzrə də gündəlik tələbata uyğun yetərincə kəsim məntəqələri qurulub. Ancaq təəssüflə qeyd etməliyik ki, ölkə ərazisi üzrə hələ də 21 rayonda qanuni heyvan kəsimi məntəqələrinin təşkili istiqamətində ləngimələr var və hazırda bu rayonların ərazisində bu cür kəsim məntəqələri fəaliyyət göstərmir.

Müasir tipli heyvan kəsimi məntəqəsi olmayan rayonlarda sahibkarlar tərəfindən kəsim məntəqələrinin yaradılmasının təşviqi istiqamətində Agentliyin regional bölmələri ardıcıl olaraq maarifləndirmə tədbirləri həyata keçirir, həmçinin metodiki köməklik məqsədilə “Kiçik və orta tutumlu heyvan kəsimi məntəqələri üçün texnoloji eskiz layihəsi” sahibkarlara təqdim olunur.

Sahibkarlar qanunvericilik çərçivəsində heyvan kəsimi məntəqələri yaratmaq üçün rayon icra hakimiyyətlərinə, mütəxəssislər tərəfindən peşəkar köməklik və baytarlıq-sanitariya normaları ilə bağlı məlumatları isə Agentliyin regional bölmələrinə müraciət edərək əldə edə bilərlər. 

LənkəranHeyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun böyük məsləhətçisi: Məmmədov Tamerlan Cəfər oğlu
Ünvan: Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi 178
Tel.: (012) 565 12 72, daxili 613
e-mail: farid.ismayilov@afsa.gov.az



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR