» » » Vətən Müharibəsi Qəhrəmanına həsr olunmuş kitabın təqdimatı olub


Vətən Müharibəsi Qəhrəmanına həsr olunmuş kitabın təqdimatı olub


Biləsuvar rayon Heydər Əliyev Mərkəzində “Qəhrəmanlar unudulmur” layihəsi çərçivəsində Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun xatirəsinə həsr olunmuş “Əfsanəvi kəşfiyyatçı” adlı kitabın təqdimat mərasimi keçirilib.

"Bilesuvarinfo"nun
məlumatına görə, mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Bəhruz Mirzəzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov, Vətən Müharibəsi Qəhrəmanının ailə üzvləri, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi sədri Sevinc Alızadə, kitabın müəllifi, yazıçı-publisist Asif Mərzili, Rayon Ağsaqqallar şurasının sədri Akif Kazımov, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra isə Dövlət Himni səsləndirilib.

Tədbirdə bildirilib ki, bu kimi tədbirlərin keçirilməsinin əsas məqsədi məhz gənclər arasında milli ideyaların, dövlətçilik ənənələrinin, qəhrəman şəhidlərimizin təbliği istiqamətində atılan mühüm addımlardandır.

Mərasimdə şəhid Orxan Əkbərovun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışılıb və qəhrəmanın adının əbədiləşdirilməsi məqsədilə yazılan “Əfsanəvi kəşfiyyatçı” adlı kitabın gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsindəki rolu qiymətləndirilib.
Kitabın müəllifi, yazıçı-publisist Asif Mərzili “Əfsanəvi kəşfiyyatçı” adlı kitabın ərsəyə gəlməsi ilə bağlı olan təəssüratlarını bölüşərək qeyd edib ki, bu kitab Orxan Əkbərovun həyatından, hərbi xidmət illərindən, 44 günlük Vətən müharibəsindəki döyüş yolundan, yaxınlarının və döyüş yoldaşlarının xatirələrindən bəhs edir.

Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Orxan Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən polkovnik-leytenant Orxan Əkbərov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına və "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" medallarına layiq görülüb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR