Sonuncu turnirlərini Biləsuvarda keçirdilər

“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin Kontakt Karete Federasiyasıyla birgə təşkilatçılığı, Biləsuvar Rayon İcra Hakimiyyətinin, Regional Mədəniyyət İdarəsinin və Olimpiya İdman Kompleksinin dəstəyi ilə uşaq, yeniyetmə və gənclər arasında Kontakt Karate idman növü üzrə açıq rayon birinciliyi keçirilib. Turnir Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Kontak Karate Federasiyasının prezidenti Ruslan Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri tərəfindən izlənilib.

Sonra yarışa start verilib. Gərgin mübarizə şəraitində keçən yarışda, sözü gedən federasiyanın Biləsuvarla yanaşı 13 idman klubundan, 8 -17 yaş arasında müxtəlif çəki dərəcəsində 100-ə yaxın idmançı mübarizə aparıb. Biləsuvar rayonunu təmsil edən komanda I yerə, Cəlilabad rayonunu təmsil edən komanda II yerə, Bakı Alov İdman Klubu isə III yerə layiq görülüb.
Mükafatlandırma mərasimində qalib idmançılara diplom, medal və kuboklar təqdim edilib. Həmçinin Kontak Karate Federasiyasının prezidenti Ruslan Abbasov tərəfindən bir qurup fəxri qonağa federasiyanın fəxri fərmanları təqdim olunub.
Qeyd edək ki, Biləsuvar rayonu Kontak Karate Federasiyasının bu il keçirdiyi sonuncu turnirə ev sahibliyi edib. Turnirdə fərqlənən idmançılar yeni ilin yarış planlarına uyğun olaraq keçiriləcək beynalxalq yarışlara vəsiqə qazanıb.













Müzakirə edin
Həmçinin oxuyun:

27 oktyabr 2022, Cümə axşamı
Biləsuvarlı gənclər “Sağlam bədəndə sağlam ruh!” devizi altında güclərini sınadı - Fotolar

25 sentyabr 2022, Bazar günü
Sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirildi - FOTO - VİDEO

25 avqust 2022, Cümə axşamı
Biləsuvar rayonundan nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.