» » Qaçış marafonu keçirildi


Qaçış marafonu keçirildi

“İdman həftəsi” çərçivəsində 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş qaçış marafonu keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, Heydər Əliyev prospekti boyunca 2500 metr məsafədə 300 nəfərə yaxın idmançının iştirakı ilə keçirilən yarışın sonunda Almazzadə Fərid birinci, Ağazadə Zamin ikinci, İmanlı Rəvan isə üçüncü yerdə finişi başa vurub.

Mükafatlandırma mərasimində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev və Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri Anar Xammədov qalibləri təbrik edərək, uğurlar arzulayıblar.

Qeyd olunub ki, ölkəmizdə 5 Mart  Bədən Tərbiyəsi və İdman Günü olaraq Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə geniş vüsət alır. Çox sevindirici haldır, son illər rayonumuzun onlarla idmançısı Respublika və beynəlxalq səviyyəli yarışlarda uğurla çıxış etmiş, Respublika idmanının inkişafına öz töhfələrini vermişlər.

Sonda qaliblərə Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin diplom, medal və qiymətli hədiyyələri təqdim edildi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi