- 5 fevral, 13:24
- 66 dəfə oxunub
- 0
Biləsuvarda ovçuluq təsərrüfatında bu il köçəri quşların sayı 40-50 minə çatıb
"Bilesuvarinfo"nun məlumatına görə, miqrasiya mövsümünə uyğun olaraq təsərrüfat ərazisinə ov quşları - qaşqaldaq, ördək və s. köç ediblər.
Ötən illərlə müqayisədə köç edən quşların ümumi sayında beş dəfəyə yaxın artım olub.
Belə ki, ötən illərdə təsərrüfat ərazisinə ilboyu miqrasiya edən quşların sayı 10-12 min civarında olurdusa, bu il isə bu göstərici 40-50 min civarına çatıb.
Bunun əsas səbəbinin isə bu il ov mövsümünün gec açılması göstərilir.
Qeyd edək ki, Mahmudçala Ovçuluq Təsərrüfatı Biləsuvar rayonunun inzibati ərazisində yerləşir və sahəsi 7 min 136 hektardır.