- 12 oktyabr, 00:18
- 475 dəfə oxunub
- 0
Biləsuvarda pambıq yığımı sürətli mərhələdə - sahələrdə bol “ağ qızıl” var
“Bilesuvarinfo” xəbər verir ki, respublikamızda sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi ilə bağlı Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Biləsuvarda bu istiqamətdə bundan sonra da görüləcək işlər müəyyənləşdirilib. Ölkə başçısının tapşırığına əsasən pambıqçılığın əhalinin məşğulluğunun təmin olunmasında vacib sahələrdən biri olduğunu qeyd etməsi və verilən tapşırıqlar əsasında pambığın alış qiymətinin artırılması bu sahənin yenidən inkişafı üçün zəmin yaradacaqdır.
Qarşıya qoylan məqyönlü işlərin nəticəsi olaraq rayonda fəaliyyət göstərən 4 pambıqtəmizləmə zavodunun, pambıq sahələrinin becərilməsində və məhsul yığımında istifadə olunan texnikaların çoxalması pambıqçılığın rayonda inkişafına daha da əlverişli yeni imkanlar yaradır.
Cari ildə Biləsuvar rayonunda pambıqçılıqla məşğul olan torpaq mülkiyyətçiləri tərəfindən 6915,8 hektar sahədə pambıq əkilmişdir ki, bunun da 2310 hektarı “Azərpambıq” MMC, 1927,8 hektarı “MKT İstehsal Kommersiya” MMC, 1528 hektarı "Cotton Trade" MMC və 1150 hektarı “P-Agro” MMC-i ilə bağlanmış müqavilələr əsasında həyata keçirilib.
Mövsüm ərəfəsində pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtında suvarma suyu ilə təminatı həyata keçirilib. Hazırda sahələrdə bol məhsul yetişdirilib. Artıq bir neçə gündür ki, pambıq məhsulunun toplanmasına başlanılmışdır. Hazırda sahələrin əksəriyyətində əl əməyini texnikalar əvəzləyib. Bu da məhsulun daha tez yığılmasına imkan verir. Biləsuvarda pambıq yığımı sürətli mərhələdədir, sahələrdən bol “ağ qızıl” toplanır. Mtəxəsssislərin sözlərin hesablamalarına görə havaların əlverişli keçməsi 10 gündən sonra ikinci yığımın da həyata keçirililməsinə imkan verər.
Bu günlərdə başcı Faiq Qübətov “Yaşıl Ada” kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsinin pambıq sahələrini gəzdikdən sonra müəssisənin Pambıq emalı zavodunda olaraq buradakı iş prosesini izləyib. Həmçinin “MKT İstehsal Kommersiya ” və “P-Agro” şirkətlərinin pambıq sahələrinə baxış keçirib, burda pambıq tarlalarında kütləvi məhsul yığımı prosesi ilə yaxından tanış olub.
Sahələrə baxış zamanı şirkət rəhbərləri İcra Başçısına pambıq yığımı ilə əlaqədar görülmüş hazırlıq işləri barədə ətraflı məlumat verdilər. Mülkiyyətçilərlə görüşlərdə onların müraciətləri dinlənləyən başçısı Faiq Qürbətov rayonda pambığın tez və itkisiz yığımının həyata keçirilməsi məqsədilə təşkilat rəhbərlərinə göstəriş və tövsiyyələrini verib. Görüş zamanı aidiyyatı təşkilat rəhbərləri İcra Başçısına pambıq yığımı ilə əlaqədar görülmüş hazırlıq işləri barədə ətraflı məlumat vermişlər. Qeyd olunmuşdur ki, pambıq yığımının operativ, itkisiz və vaxtında yığılıb məntəqələrə çatdırılması məqsədilə kombaynlara və traktorlara texniki baxış keçirilib, nasaz vəziyyətdə olan texnikaların təmiri işləri başa çatdırılıb; “Yığım zamanı kombaynlarda baş verəcək hər hansı nasazlıq prosesinin dərhal aradan qaldırılması üçün şirkətlər tərəfindən operativ təmir briqadası yaradılıb”.
“Yaşıl Ada” kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsinin müəssisənin baş aqranomu Ramazan Kandəmir bildirmişdir ki, bu il yığım geciksə də, məhsuldarlıq fermerlərin ümidini doğruldur: “ Bu pivodumuz 74 hektardır. Bu gün yığıma başladıq və 35 sentner məhsul gözləyirik. Əkdiyimiz sort may 455-dir. Digər sahələrimizdə fiyona, blets, genesis, may 455 sortlarını da əkmişik. Bu sortlar həm keyfiyyəti, həm də məhsuldarlığı ilə seçilir. Yaz aylarında qeyri-sabit hava şəraiti pambıq yığımını 20-25 gün gecikdirsə də, məhsuldarlıq qənaətbəxşdir”.
Hazırda mülkiyyətçilər pambığı 80 qəpiyə satır və 19 qəpik dövlət tərəfindən subsidiya veriilirdisə, bu il subsidiya 0,5 qəpik artırılıb.
Qeyd edək ki, ötən il Biləsuvar rayonunda 6945 hektar pambıq sahəsindən 19 min ton məhsul toplanmışdı. Cari ildə isə bu rəqəmin daha da artacağı gözlənilir. Yerli emal müəssisələrində əldə olunan mahlıcın 90%-i əsasən qardaş Türkiyəyə ixrac edilirb.