» » "Partiya üzvləri dövlətə sədaqət və sadiqlik nümunəsi yaradıb"


"Partiya üzvləri dövlətə sədaqət və sadiqlik nümunəsi yaradıb"

YAP Biləsuvar rayon təşkilatının təsis edilməsinin 30 illiyi münasibətilə konfrans keçirildi.

"Bilesuvarinfo" xəbər verir ki, konfrans iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət edib. 
Heydər Əliyev mərkəzində baş tutan konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov və partiya fəalları iştirak edib.

Konfransda Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin və partiyanın ötən müddət ərzində vəfat etmiş üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Dövlət Himni səsləndirildi. 
YAP Rayon təşkilatının sədri K.Qurbanlı tədbir iştirakçılarını yubley münasibətilə təbrik edərək təşkilatın təsis olunduğu dövrün tarixi şəraiti, o zaman baş verən ictimai-siyasi hadisə və proseslər barədə ətraflı məruzə etdi. Bildirdi ki, Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində təsis ediləndən sonra Heydər Əliyev şəxsiyyətinə sadiqlik nümunəsi olaraq 12 yanvar 1993-cü ildə ilk rayon təşkilatı məhz Biləsuvar rayonunda yaradılmışdır. 

Natiq, ötən 30 illik müddət ərzində partiyanın rayon təşkilatının  Heydər Əliyev ideologiyasına, Azərbaycan dövlətçiliyinə daim sədaqət nümayiş etdirdiklərini qeyd etdi: "Bu gün də partiyanın rayon təşkilatının üzvləri bu ideologiyanın bayraqdarı olan Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici dövlət siyasətini davamlı olaraq dəstəkləyir və hər zaman Onun çağrışlarına sədaqət nümayiş etdirirlər."
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək Partiyanın rayon təşkilatının keçdiyi yola nəzər saldı: "Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının həyatında da yeni mərhələnin əsası qoyulub."  Partiyanın rayon təşkilatının üzvlərinə uğurlar arzulayan F. Qürbətov yubleyi münasibəti ilə konfrans iştirakçılarını təbrik etdi.
Çıxışına təbrik nitqi ilə başlayan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov partiyanın yarandığı şəraiti təhlil edərkən rayon təşkilatının üzvlərini ötən dövr ərzində dövlətə sədaqət və sadiqlik nümunəsi yaratdıqlarını bildirdi: "Biləsuvarlılar da çətin gündə Heydər Əliyevin yanında olmağı  bacarıb."

Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətimizin siyasi sisteminin inkişafındakı töhfələrindən, xalqımızın xoşbəxtliyi naminə həyata keçirdikləri layihələrdən danışan B. Məhərrəmov çıxışının sonunda YAP Rayon təşkilatının üzvlərinə uğurlar arzuladı.
Tədbirdə YAP Biləsuvar rayon təşkilatının sabiq sədri Valeh Seyfiyev çıxışında  1990 - cı illərin əvvəllərində, çətin içtimai-siyasi proseslərin çərəyan etdiyi günlərdən, belə bir dövrdə məhz Ulu Öndər Heydər Əliyevin dühasının xilaskarlıq misiyasından bəhs etdi. Ərazi partiya təşkilatı sədri Xalid Əliyev və  partiya fəalı Əli Əliyev Yeni Azərbaycan Partiyasının dövlətçiliyimizin möhkəmləndirilməsi rolundan söz açıb.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranına və fəalına fəxri fərman, eləcə də partiya sıralarına qəbul olunmuş yeni üzvlərə vəsiqələr təqdim edildi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan