- 12 aprel, 08:19
- 889 dəfə oxunub
- 0
11 aprel 2018-ci il prezident seçkiləri – Lider - Xalq birliyinin növbəti təntənəsidir
"Bilesuvarinfo" xəbər verir ki, keçirilən tədbirin mövzusu “11 aprel 2018-ci il prezident seçkiləri – Lider - Xalq birliyinin təntənəsi" olub.
Biləsuvar rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, rayon təşkilatı aparatının əməkdaşları və ərazi partiya təşkilatı sədrləri iştirak edib.
Tədbirin açılışında ilk öncə Azərbaycan xalqının ümumimilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi. Cənab Prezidentə həsr edilmiş “Zəfərə aparan yol” adlı videoçarx nümayiş etdirildi.
YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı çıxış edərkən məruzəsində prezident seçkilərindən ötən 4 il ərzində ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasınının sədri, Ali Baş Komandan, cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin strateji hədəfləri və onun nəticələri barədə ətraflı bəhs etdi etdi.
K.Qurbanlı bildirdi ki, 2003-2018-ci illərdə ölkəmizdə həyata keçirilən sosial siyasət xalqın rifahının yüksəlməsinə xidmət edib: "Atılan məqsədli addımlar iqtisadi yüksəlişə, hər il artmaqda olan sosialyönümlü büdcəyə də imkan yaradıb. İnsanlar bunu öz maddi rifah halının yaxşılaşmasında aydın bilib. Beynəlxalq arenada dövlətimizin mövqeyi sürətlə yüksəlmişdir.
Azərbaycan xalqının öz xoşbəxt gələcəyini Prezident cənab İlham Əliyevdə görməsi 2018-ci ildə bir daha ona etimad göstərməsi ilə nətiçələnib. 11 aprel 2018-ci il prezident seçkiləri – Lider - Xalq birliyinin növbəti təntənəsidir.
Ötən 4 il bir çox cəhətdən ölkəmiz üçün tarixi nailiyyətlərlə yadda qalıb. Prezident cənab İlham Əliyevin tərəqiyə və gələcəyə hesablanmış siyasəti bir daha sübut etdi ki, ötən illər ərzində atılan heç bir addım, deyilən heç bir söz təsadüfi deyil. Cənab Prezidentin apardığı siyasət nəticəsində vətənpərvər, torpağa, xalqa bağlı gənclər yetişdi və xalq-iqtidar birliyi daha da sarsılmaz olaraq 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vurdu.
Uğur əldə etmək, nəailiyyət qazanmaq nə qədər çətindirsə, o uğur və nəailiyyəti qoruyub saxlamaq və inkişaf etdirmək daha böyük məsuliyyət və səriştə tələb edir. Bu baxımdan ölkəmizin əldə etdiyi bütün uğurları daha da inkişaf etdirməkdən ötrü Yeni Azərbaycan Partiyası rayon təşkilatının üzvlərinin də üzərinə böyük məsuliyyət düşdür".
Tədbirdə ərazi partiya təşkilatlarında keçirilmiş hesbat-seçki iclaslarının yekunlarının müzakirəsi də olub. Qeyd olundu ki, YAP rayon təşkilatının 71 ərazi partiya təşkilatında baş tutan iclaslarına ümumilikdə 3000 nəfərdən çox partiya üzvü qatılıb. Hesbat-seçki iclaslarında ərazi partiya təşkilat sədrlərinin hesabatlarının dinlənilmiş, müzakirə olunan və görülmüş işlər ətraflı təhlil olunaraq qarşıda duran məsələlərlə bağlı təkliflər irəli sürülüb.
İclaslarda ərazi partiya təkilatlarına sədr və müavinlər seçilmişdir. Seçkilərin nəticəsinə əsasən 71 ərazi partiya təşkilatının 12-sində yeni sədr, 34 ərazi partiya təkilatında yeni sədr müavinləri seçilmişdir.
Təşkilat sədri K.Qurbanlı YAP rayon təşkilatının fəaliyyətinin yenidən təşkili ilə əlaqədar görülmüş işlərdən, qarşıdakı hesabat ilində bu istiqamətdə həyata keçirilməli olan tədbirlrədən danışdı. O, hesabat-seçki yığıncaqlarının gedişində ərazi partiya təşkilatlarının fəaliyyətində aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasından ötrü tapşırıq və tövsiyyələrini iclas iştirakçılarının diqqətinə çatdırdı.. .
Partiyanın sədri cənab İlham Əliyevin partiyanın bu gün daha da möhkəmlənməsi istiqamətində həyata keçirdiyi siyasət və ideologiya həm də partiya fəaliyyətinin strateji əhəmiyyətindən, ölkəmizin gələcək inkişafına verəcəyi yeni-yeni töhvələrdən xəbər verdiyini vurğuladı. Partiyada VII Qurultaydan sonra həyata keçirilən yeniliklər hər bir partiya üzvündən fəallıq, partiyanın işində daha yaxından iştirak tələb etdiyini, partiya rəhbərliyinin həyata keçirdiyi təşkilati tədbirlər partiyanın hər bir üzvünün daha əzmlə fəaliyyət göstərmələrinə stimul verdiyini qeyd etdi.
İclasfa partiyanın rayon təşkilatının əməkdaşı Əjdər Niftiyev cıxış edərək müzakirə olunan məsələlərə münasibətini ifadə etməklə təkliflərini səsləndirib.
Tədbirin sonunda iclas iştirakçıları ilə xatirə şəkli çəkdirildi.