YAP Biləsuvar rayon təşkilatı 41 saylı şəhər ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib

May ayının 2-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının 41 saylı şəhər ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
İclasda YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və ərazi partiya təşkilatının üzvləri iştirak edib.
Hesabat-seçki yığıncağının açılışında Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yığıncağın gündəliyində duran iki məsələ müzakirə olunub. I məsələ ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi olub.
Gündəlikdə duran I məsələ ilə əlaqədar 41 saylı şəhər ərazi partiya təşkilatının sədri Qalib Hüseynov ərazi partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyəti barədə məlumat verdi. O, görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə danışdı. Hesabat ətrafında çıxışlar dinlənilərək ərazi partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edildi.
Gündəlikdə duran II məsələ müzakirə edilərək təkliflər dinlənildi. Çıxış və təkliflər dinlənildikdən sonra səsvermə nəticəsində Hüseynov Qalib Əlipənah oğlu YAP Biləsuvar rayon təşkilatının 41 saylı şəhər ərazi partiya təşkilatının sədri, Əliyev Eldəniz İsmayıl oğlu isə sədr müavini seçildilər.
Yığıncaqda çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən bəhs etdi. K.Qurbanlı yeni seçilən sədr və sədr müavinini təbrik edərək onlara işlərində uğurlar arzuladı, təşkilat üzvlərinin partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə dəvət etdi.
Sonda YAP Biləsuvar rayon təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak edən partiya üzvlərinə təşəkkürnamələr təqdim edildi.







Müzakirə edin
Həmçinin oxuyun:

02 may 2024, Cümə axşamı
YAP Biləsuvar rayon təşkilatı Amankənd kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib

29 aprel 2024, Bazar ertəsi
YAP Biləsuvar rayon təşkilatı Aşağı Cürəli kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib

26 aprel 2024, Cümə
YAP Biləsuvar rayon təşkilatı Yuxarı Cürəli kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib

24 aprel 2024, Çərşənbə
YAP Biləsuvar rayon təşkilatı Ovçubərə kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib

16 aprel 2024, Çərşənbə axşamı
YAP Biləsuvar rayon təşkilatı Təzəkənd kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.