» » YAP Biləsuvar rayon təşkilatı 32 saylı şəhər ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib


YAP Biləsuvar rayon təşkilatı 32 saylı şəhər ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib

 
May ayının 1-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının 32 saylı şəhər ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. 

İclasda YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov və ərazi partiya təşkilatının üzvləri iştirak edib.
     
Hesabat-seçki yığıncağının açılışında Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
      
Yığıncağın gündəliyində duran iki məsələ müzakirə olunub. I məsələ ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi olub.
      
Gündəlikdə duran I məsələ ilə əlaqədar 32 saylı şəhər ərazi partiya təşkilatının sədri Malik Qədirov ərazi partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyəti barədə məlumat verdi. O, görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə danışdı. Hesabat ətrafında çıxışlar dinlənilərək ərazi partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edildi. 
     
Gündəlikdə duran II məsələ müzakirə edilərək təkliflər dinlənildi. Çıxış və təkliflər dinlənildikdən sonra səsvermə nəticəsində Qədirov Malik Həmid oğlu YAP Biləsuvar rayon təşkilatının 32 saylı şəhər ərazi partiya təşkilatının sədri, Ağayeva Sevinc Rövşən qızı isə sədr müavini seçildilər. 
     
Yığıncaqda çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən bəhs etdi. A.Qasımov yeni seçilən sədr və sədr müavinini təbrik edərək onlara işlərində uğurlar arzuladı, təşkilat üzvlərinin partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə dəvət etdi.
      
Sonda YAP Biləsuvar rayon təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak edən partiya üzvlərinə təşəkkürnamələr təqdim edildi.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan