YAP Biləsuvar rayon təşkilatı 19 saylı şəhər ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib

Aprel ayının 29-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının 19 saylı şəhər ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
İclasda YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov və ərazi partiya təşkilatının üzvləri iştirak edib.
Hesabat-seçki yığıncağının açılışında Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncağın gündəliyində duran iki məsələ müzakirə olunub. I məsələ ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi olub.
Gündəlikdə duran I məsələ ilə əlaqədar 19 saylı şəhər ərazi partiya təşkilatının sədri Elşən Ağazadə hesabat dövrü ərzindəki ərazi partiya təşkilatının fəaliyyəti barədə məlumat verdi. O, görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə danışdı. Hesabat ətrafında çıxışlar dinlənilərək ərazi partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edildi.
Gündəlikdə duran II məsələ müzakirə edilərək təkliflər dinlənildi. Çıxış və təkliflər dinlənildikdən sonra səsvermə nəticəsində Ağazadə Elşən Mirilham oğlu YAP Biləsuvar rayon təşkilatının 19 saylı şəhər ərazi partiya təşkilatının sədri, Məhərrəmov Vüsal Xanlar oğlu isə sədr müavini seçildilər.
Yığıncaqda çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən bəhs etdi. A.Qasımov yeni seçilən sədr və sədr müavinini təbrik edərək onlara işlərində uğurlar arzuladı, təşkilat üzvlərinin partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə dəvət etdi.
Sonda YAP Biləsuvar rayon təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak edən partiya üzvlərinə təşəkkürnamə təqdim olunub, partiya üzvlüyünə yeni qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib.
















Müzakirə edin
Həmçinin oxuyun:

29 aprel 2024, Bazar ertəsi
YAP Biləsuvar rayon təşkilatı Aşağı Cürəli kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib

26 aprel 2024, Cümə
YAP Biləsuvar rayon təşkilatı Yuxarı Cürəli kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib

24 aprel 2024, Çərşənbə
YAP Biləsuvar rayon təşkilatı Ovçubərə kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib

16 aprel 2024, Çərşənbə axşamı
YAP Biləsuvar rayon təşkilatı Təzəkənd kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.