» » YAP Biləsuvar rayon təşkilatında tədbir keçirildi


YAP Biləsuvar rayon təşkilatında tədbir keçirildi

Aprel ayının 18-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatında şəhər ərazi partiya təşkilatı  sədrlərinin   iştirakı ilə iclas keçirildi. 

Tədbirdə YAP rayon təşkilatının sədri Kamil Qurbanlı, rayon təşkilatı aparatının əməkdaşları və şəhər ərazi partiya təşkilat sədrləri iştirak edirdi.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Kamil Qurbanlı çıxışında Yeni Azərbaycan Partiyasının VII Qurultayından ötən müddət ərzində görülmüş işlərdən, Yeni Azərbaycan Partiyasının sədri, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm naliyyətlərdən danışdı. Bildirdi ki, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyən Azərbaycan dünya miqyasında öz sözünü deyir və yeni reallıqlar yaradır. Azərbaycanın qazandığı möhtəşəm uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir və bu gün Azərbaycan Ulu Öndərin yolu ilə inamla irəliləyir. Yeni Azərbaycan Partiyasının hər gün artan nüfuzu  barədə danışan təşkilat sədri rayonda da bu sahədə görülmüş işlərdən və təşkilatın əldə etdiyi nailiyyətlərdən söz açdı.

Gündəlikdə duran məslələrə barədə məlumat verən iclasın sədri cari ilin I rübü ərzində görülmüş işlər, həyata keçirilmiş tədbirlər  və onların nəticələrinin, eləcədə qarşıdakı dövr ərzində görülməli işlərin müzakirə olunacağını, cari məsələlərə baxılacağını iclas iştirakçılarının diqqətinə çatdırdı. Gündəlik təsdiq edildikdən sonra müzakirələr aparıldı. Əldə olunmuş uğurlar, mövcud nöqsan və çatışmazlıqlar ətraflı təhlil olundu. İclas iştirakçıları çıxış edərək müzakirə olunan məsələlərə öz münasibətlərini bildirdilər. İclasda cari ilin II rübü ərzində ərazi partiya təşkilatlarında keçiriləcək hesabat-seçki yığıncaqlarına hazırlıqın görülməsi barədə müvafiq tapşırıqlar verildi. Tədbirin sonunda  təşkilatın hər bir üzvünün il ərzində görüləcək işlərdə, keçiriləcək aksiya və tədbirlərdə fəal olmasının əhəmiyyəti vurğulandı. Diskussiya şəraitində keçən müzakirələrin yekunu olaraq müvafiq qərarlar qəbul edildi. 

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR