» » YAP Biləsuvar rayon təşkilatında tədbir keçirildi


YAP Biləsuvar rayon təşkilatında tədbir keçirildi

Aprel ayının 5-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatında kənd ərazi partiya təşkilatı   sədrlərinin  iştirakı ilə iclas keçirildi. Tədbirdə YAP rayon təşkilatının sədri Kamil Qurbanlı, rayon təşkilatı aparatının əməkdaşları və kənd ərazi partiya təşkilat sədrləri iştirak edirdi.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Kamil Qurbanlı çıxışında Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin  qətiyyətli siyasət yürütməsi nəticəsində Azərbaycan dünyanda müstəqil siyasət yürütdüyünü, xalqımızın və dövlətimizin inkişafı naminə həyata keçirdiyi layihələrin və icra etdiyi tədbirlərin xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığını iclas iştirakçılarının diqqətinə çatdırdı. Bunun bariz nümunəsi kimi 7 fevral 2024-cü il tarixində keçirilmiş prezident seçkilərinin olduğunu bildirdi. Yeni Azərbaycan Partiyasının hər gün artan nüfuzu  barədə danışan təşkilat sədri rayonda da bu sahədə görülmüş işlərdən və təşkilatın əldə etdiyi nailiyyətlərdən söz açdı.

 Gündəlikdə duran məslələrə barədə məlumat verən iclasın sədri cari ilin I rübü ərzində görülmüş işlər, həyata keçirilmiş tədbirlər  və onların nəticələrinin təhlil olunacğını, qarşıdakı dövr ərzində görülməli işlərin müzakirə olunacağını və cari məsələlərə baxılacağını iclas iştirakçılarının diqqətinə çatdırdı. Gündəlik təsdiq edildikdən sonra müzakirələr aparıldı. Əldə olunmuş uğurlar, mövcud nöqsan və çatışmazlıqlar ətraflı təhlil olundu. Cari ilin II rübü ərzində ərazi partiya təşkilatlarında keçiriləcək hesabat-seçki yığıncaqlarına hazırlıqın görülməsi barədə müvafiq tapşırıqlar verildi. Tədbirin sonunda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” olması, təşkilatın hər bir üzvünün il ərzində bu istiqamətdə görüləcək işlərdə, keçiriləcək aksiya və tədbirlərdə fəal olmasının əhəmiyyəti vurğulandı. Diskussiya şəraitində keçən müzakirələrin yekunu olaraq müvafiq qərarlar qəbul edildi. Bildirildi ki, şəhər ərazi partiya təşkilat sədrləri ilə iclaslar cari ay ərzində keçiriləcəkdir.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR