» » Təşkilat sədrləri ilə yarımillin yekunlarına dair iclas keçirilib


Təşkilat sədrləri ilə yarımillin yekunlarına dair iclas keçirilib

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı Ərazi partiya təşkilat sədrləri ilə yarımillin yekunlarına dair iclas keçirilib

"Bilesuvarinfo" xəbər verir ki,  Biləsuvar rayon Heydər Əliyev Mərkəzində keçirilən iclasda YAP rayon təşkilatının sədri Kamil Qurbanlı, rayon təşkilatı aparatının əməkdaşları və ərazi partiya təşkilat sədrləri iştirak edib.

Tədbirdə əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etmiş  Şəhidlərimizin əziz xatirəsini bir dəqiqlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Rayon təşkilatının sədri Kamil Qurbanlı gündəlikdə duran məsələlər barədə məlumat verib. Cari ilin ötən dövrü ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə çıxış edən sədr ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisə və proseslərdən, partiyanın ötən dövr ərzində qazandığı uğurlardan və  artan nüfuzundan bəhs edib. Ötən altı ay ərzində müfaviq iş planına uyğun olaraq “Heydər Əliyev ili” çərçivəsində icra edilmiş layhələr və görülmüş işlərdən söz açmışdır. K.Qurbanlı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevin dövlətimizin və xalqımızın milli və siyasi maraqları naminə həyata keçirdiyi tədbirlər, beynəlxalq arenada əldə etdiyi uğurlarla bağlı ətraflı danışıb. Ötən aylar ərzində Rayon təşkilatının bir sıra ərazi partiya təşkilatlarında baş tutmuş hesabat-seçki yığıncaqlarının nəticələri barədə məlumat verib. İclas iştirakçıları gündəlikdə duran məsələyə öz münasibətlərini bildiriblər.

K.Qurbanlı gündəlikdə duran növbəti - cari məsələlər ilə əlaqədar Ərazi partiya təşkilatlarının fəaliyyətini təhlil edib, mövcud nöqsan və çatımamazlıqlar barədə danışıraq, aidiyyatı üzrə tapşırıq və tövsiyələrini verib. İşgüzar və səmimi əhval ruhiyyədə keçən iclasın sonunda tədbir iştirakçılarına gələcək siyasi fəaliyyətlərində yeni uğur və nailiyyətlər arzulayıb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR