- 1 mart, 22:19
- 673 dəfə oxunub
- 0
Bu gün seçilən sədr və müavinlər onlardır
“Bilesuvrinfo” xəbər verir ki, bu gün 7, 25 və 38 saylı şəhər ərazi partiya təşkilatında hesabat - seçki yığıncağı keçirilib.
Yığıncaqlarda gündəlikdə duran məsələ - ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi və ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi olmuşdur.
Tədbirlər öncəsi Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqlarda ərazi partiya təşkilatı sədrlərinin hesabatı dinlənilmiş, hesabat dövründə görülən işləri geniş müzakirə olunaraq, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Sonra partiyanın sözügedən ərazi təşkilatların sədr və müvinləri seçilib. Keçirilən səsvermələrə əsasən, sədr və müavinlər müvafiq olaraq: 7 saylı şəhər ərazi təşkilatına - Əlisəfa Qəmbərov, Emin Əliyev və 25 saylı şəhər ərazi partiya təşkilatına - Xanımgül Abıyeva, Yeganə Bayramova və 38 saylı şəhər ərazi partiya təşkilatına - Elmin Nuri, Rövşən Cənnətov seçildi.
Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən geniş bəhs etdi. O, qeyd etmidir ki Partiyanın VII Qurultayında qəbul olunmuş nizamnamənin müasir dövrün reallıqlarına uyğun olan yeni çağrışların, vəzifələrin daha da effektiv şəkildə həyata keçirilməsinə şərait yaratmışdır: “ Odur ki, biz səylərimizi artrmalı, içtimai – siyasi fəaliyyətimizdə dövlətçiliyimizin daha da möhkəmləndirilməsində öz töhfələrimizi verməliyik.”
K. Qurbanlı ötən hesabat dövrü ərzində ərazi təşkilatlarının fəaliyyəti ilə baglı fikirlərini bölüşdü. Yeni seçilən sədr və müavini təbrik edərək müvafiq tapşırıq və tövsiyyələrini verdi.