» » Daha dörd kənddə partiyanın hesabat - seçki yığıncağı keçirildi


Daha dörd kənddə partiyanın hesabat - seçki yığıncağı keçirildi

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncaqları davam edir.

“Bilesuvarinfo” xəbər verir ki, partiyanın hesabat - seçki yığıncaqları hazırda rayonun kəndlərində  davam etdirilir.
YAP Biləsuvar rayon təşkilatının Ovçubərə, Yuxarı Cürəli, Təzəkənd və Ağalıkənd kəndlərinin  ərazi partiya təşkilatlarında bu gün hesabat - seçki yığıncaqları keçirilib.  

Toplantı iştirakçıları hər üç kəndin qəbirstanlığında olaraq, buradakı şəhid məzarları ziyarət edib. Gündəlikdə duran məsələlərin müzakirəsindən öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda gündəlikdə duran məsələ - ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi və  ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi olmuşdur. 

Yığıncaqlarda ərazi partiya təşkilatı sədrlərinin hesabatı dinlənilmiş, hesabat dövründə görülən işləri geniş müzakirə olunaraq, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Sonra partiyanın sözügedən ərazi təşkilatların sədr və müvinləri seçilib. 
Kəndlərdə keçirilən səsvermələ əsasən, sədr və müavinlər müvafiq olaraq: Ovçubrə    kənd ərazi partiya təşkilatına - Üzeyir Eyvazov, Ehtiram Məmmədov, Yuxarı Cürəli kənd ərazi partiya təşkilatına -  Firdovsi Şərifov, İsaq Məmmədov,  Təzəkənd kənd ərazi partiya təşkilatına - Rudinil Bağırov, Rafiq Əzizov və Ağalıkənd kənd ərazi partiya təşkilatına – Oktay Məmmədov, İlkin Məmmədov seçilmişlər.

Tədbirlərdə çıxış edən  YAP rayon təşkilatının əməkdaşı Əjdər Niftiyev Yeni Azərbaycan Partiyasının dövlətimizin və cəmiyyətimizin həyatındakı rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən geniş bəhs etdi.  Yeni seçilən sədr və müavini təbrik edərək müvafiq tapşırıq və tövsiyyələrini verdi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR