» » YAP Biləsuvar rayon təşkilatı növbəti görüşü Biləsuvar şəhərinin seçiciləri ilə keçirib


YAP Biləsuvar rayon təşkilatı növbəti görüşü Biləsuvar şəhərinin seçiciləri ilə keçirib



Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Biləsuvar şəhərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid atası İlqar Astanov, təşviqat qrupunun üzvülərindən Murtəza Həsənoğlu, Fikrət Cahangirov, Zakir Şahbazov və Adil Əhmədov çıxış ediblər. 

Rayon mərkəzi parkında keçirilən görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Heydər Əliyev irsini müasir çağırışlara uyğun zənginləşdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin fəaliyyəti dövründə dövlətimizə və xalqımıza bəxş etdiyi tarixi nailiyyətlərdən, zəfərlərdən bəhs edilib. Bildirilib ki, bu gün Azərbaycanın dünyada artan nüfuzu Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində mümkün olmuşdur. 

Qeyd olunub ki, son 20 il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderliyi, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri olduğu xüsusi qeyd olunub.

Natiqlər seçiciləri son 20 ilin tarixi uğurlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR