Biləsuvarda seçicilərlə görüşlər uğurla davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Biləsuvar rayonunun Bəydili kəndində, “8 mart küçəsi 48” ünvanında və Təyyarə meydanı yaşayış massivində yaşayan seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşviqat qrupunun üzvləri Qənbərəli Bağırov, Elçin Fərəcov, Aqşin Qasımov və Gülmalı Gülalıyev çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev rəhbərliyi ilə ötən dövrdə ölkəmiz misilsiz uğurlar qazanıb. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası cənab İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsini təşkil edir. Ona görə də, bu seçkilər yeni dövrün başlanğıcı kimi dəyərləndirilir.
Natiqlər yeni dövrdə qarşıya qoyulan hədəflərə nail olmaq üçün seçiciləri seçki günü fəal olmağa, qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər isə qeyd ediblər ki, fevralın 7-də müstəqil Azərbaycanın firavanlığı naminə yenilməz Lider İlham Əliyevə səs verəcəklər.








Müzakirə edin
Həmçinin oxuyun:

25 yanvar 2024, Cümə axşamı
YAP Biləsuvar rayon təşkilatı seçicilərlə növbəti görüşü Xırmandalı kəndində keçirmişdir

24 yanvar 2024, Çərşənbə
YAP Biləsuvar rayon təşkilatı seçicilərlə növbəti görüşü Nəsimi kəndində keçirmişdir
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.