» » YAP Biləsuvar rayon təşkilatının təsis edilməsinin 31 illiyi münasibətilə tədbir keçirildi


YAP Biləsuvar rayon təşkilatının təsis edilməsinin 31 illiyi münasibətilə tədbir keçirildi




12 yanvar 2024-cü ildə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində YAP Rayon təşkilatının təsis edilməsinin 31 illiyi qeyd edilmişdir. 

Tədbirə başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunmuşdur.  Heydər Əliyev mərkəzinin konfrans  zalında davam edən tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Rayon təşkilatı aparatının əməkdaşları, ərazi partiya təşkilat sədrləri və bir qrup veteran partiya üzvləri iştirak edirdilər. 

Tədbir ilk öncə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin və partiyanın ötən müddət ərzində vəfat etmiş üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Dövlət Himni səsləndirildi. 

Tədbirdə giriş sözü ilə çıxış edən YAP Rayon təşkilatının sədri K.Qurbanlı iştirakçıları təbrik edərək təşkilatın təsis olunduğu dövrün tarixi şəraiti, o zaman baş verən ictimai-siyasi hadisə və proseslər barədə ətraflı məruzə etdi. Bildirdi ki, Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində təsis ediləndən sonra Heydər Əliyev şəxsiyyətinə sadiqlik nümunəsi olaraq 12 yanvar 1993-cü ildə ilk rayon təşkilatı məhz Biləsuvar rayonunda yaradılmışdır. Natiq, ötən 31 illik müddət ərzində partiyanın rayon təşkilatının  Heydər Əliyev ideologiyasına, Azərbaycan dövlətçiliyinə daim sədaqət nümayiş etdirdiklərini qeyd etdi. Bu gün də partiyanın rayon təşkilatının üzvləri bu ideologiyanın bayraqdarı olan Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici dövlət siyasətini davamlı olaraq dəstəkləyir və hər zaman Onun çağrışlarına sədaqət nümayiş etdirirlər. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi öndə saxlayan YAP Ümummilli Liderin etimadını doğruldaraq, dünənin, bu günün və gələcəyin partiyası olduğunu qazandığı möhtəşəm qələbələri ilə təsdiqləyir. YAP hazırda tarixi Zəfərimizin reallıqları fonunda 2021-ci ildə təsdiqlədiyi “Biz birlikdə güclüyük!” şüarı altında yeni Proqramdan irəli gələn vəzifələrin uğurlu icrası istiqamətində səylərini daha da artırır. Bu gün böyük əminliklə qeyd edirik ki, Ümummilli Liderin yaradıcısı olduğu, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi partiyada təmsil olunmaq hər birimiz üçün böyük xoşbəxtlik və məsuliyyətdir. 

Tədbirdə YAP rayon təşkilatının təsisçilərindən olan Əjdər Niftiyev çıxış edərək Partiyanın rayon təşkilatının keçdiyi yola nəzər saldı. Qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının həyatında da yeni mərhələnin əsasını qoyduğunu bildirdi. Partiyanın rayon təşkilatının üzvlərinə uğurlar arzulayan Əjdər Niftiyev Rayon təşkilatının təsis edilməsinin 31 ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi.

Tədbirdə çıxış edən natiqlər bundan sonrada partiyanın ideya və pirinsiplərinə sadiq qalacaqlarını dövlətimizin və cəmiyyətimizin inkişafı naminə partiya üzvlərinin daha yüksək fəallıqı üçün çalışacaqlarını qeyd etdilər. 

Tədbir Yeni Azərbaycan Partiyası Himninin  səsləndirilməsi ilə başa çatdı.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan