- 29 aprel, 11:23
- 787 dəfə oxunub
- 0
Zəfər Qurultayı bir daha sübut etdi ki, biz dünyada böyük və məğrur xalqıq
Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlangıcıdır. Bu Qurultayda səsləndirilən mesajlar, nişan verilən hədəflər bizi işıqlı gələcəyə aparan mübarizə yollarında sıx birləşdirəcək, dünyada yaşayan bütün azərbaycanlıların, onların diaspor təşkilatlarının fəaliyyətini daha da gücləndirəcək. Cənab Prezidentin Zəfər Qurultayında nitqi diaspor fəaliyyətinin gələcək istiqamətləri ücün “Yol Xəritəsi”dir. Bu nitq gənc nəslə milli hislərin,dilin, şanlı tariximizin aşılanması, təblig edilməsi sahəsində konkret müddəaların toplusudur. Nitqin əsas qayəsi göstərir ki, hədəflərimiz və onların qarşısında dayanan maneələr böyükdür, amma kecilməz deyil. Agır döyüşlərdə qələbə qazanan bir xalqın övladları arxayınlaşmamalı,haqdan, ədalətdən və vətənimizə olan sevgidən ilham alan mübarizəmizi yorulmadan, fasiləsiz bir şəkildə davam etdirməlidir. Hədəflərimizə gedən yolumuzda yaşadıgımız yerdən, tutdugumuz vəzidədən asılı olmayaraq, Azərbaycançılıq ideyalarına sədaqətlə xidmət etməli, bütün fəaliyyətimizi Azərbaycanımızı dünyada tanıtmaga həsr etməliyik.
Azərbaycan Prezidentinin Qurultayda söylədiyi nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı ücün də əsas hədəfləri aydın şəkildə göstərdi. Xalqımızın Vətən sevgisi, Azərbaycan əsgərinin gücü və bütün bu amillərin Ali Baş Komandan çənab İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruga” cevrilməsi gələcəkdə Azərbaycana münasibətin istiqamətini müəyyən edir. Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində böyük işlərin görülməsini tələb edir.
Şuşa Qurultayında əsas mövzular arasında postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili dayanır. Buraya tarixi Vətənlə əlaqələrin gücləndirilməsi, yeni nəslə vətənpərvərlik hisslərinin aşılanması və Azərbayçan dilinin tədrisinin təşkili, eləcədə də şəbəkələşmə və müxtəlif səpkidə kampaniyaların hazırlanması kimi icmadaxili fəaliyyətlər daxildir.
Atəş Məmmədli,
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı