Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.


Biləsuvarda 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

31 dekabr 2022, Şənbə
1 445
0
Biləsuvar rayon Mərkəzi parkında 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, RİH başçısı aparatının kollektivi, rayonun hüquq mühafizə orqanlarının, YAP Biləsuvar rayon təşkilatının, idarə, müəssisələrin,  kollektivləri, şəhid ailələri, qazilərimiz və rayon sakinləri iştirak edib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə rayon sakinlərini təbrik edərək, yeni ildə  hər bir sakinimizə möhkəm can sağlığı, uzun ömür, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar və xoşbəxtlik arzulayıb.    

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni il şənliyinə həsr olunmuş tədbir müxtəlif əyləncəli oyunlarla və konsert proqramı ilə davam edib.

Sonda möhtəşəm atəşfəşanlıq olub.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan