» » Heydər Əliyev dühası işığında doğma Azərbaycanımız hələ neçə-neçə zirvələr fəth edəcək!


Heydər Əliyev dühası işığında doğma Azərbaycanımız hələ neçə-neçə zirvələr fəth edəcək!

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində əbədi yaşamaq istəyən sərkərdələr, fatehlər, hökmdarlar, dövlət rəhbərləri, ictimai-siyasi xadimlər çox olmuşdur.Tarixdə əbədi qalmaq şərəfinə nail olanların sayı isə elə də çox olmamışdır. İnsanların şüuruna hakim kəsilən belə şəxsiyyətlər, adətən zamanın fövqündə durmuş, sağlığında milyonların qəlbinə köçmüşdür. Mənsub olduğu millətin sevimlisinə, əvəzedilməz öndərinə çevrilmiş olan belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının lideri Heydər Əlirza oğlu Əliyev olmuşdur.

Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə ‎edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə ‎bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və ‎mədəni həyatının bütün sahələrində dirçəliş məhz Ulu öndərin ‎adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ‎ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin ‎mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur ‎duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü ‎doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır ‎və sərt sınaqlarından çıxarmışdır.‎

60-cı illərin sonlarında keçmiş SSRİ-nin əyalətlərindən biri olan Azərbaycanda iqtisadiyyatda, cəmiyyətin ictimai-siyasi həyatında narahatlıq doğuran tənəzzül prosesləri açıq müşahidə edilirdi.Azərbaycanın siyasi-iqtisadi həyatında yaranmış tənəzzül xalqın mənəvi-psixoloji durumuna mənfi təsir göstərirdi. Milli kadrların hazırlanması, milli dilin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlaşdırılması yönündə heç bir ciddi addım atılmırdı. Aydındır ki,bu milli şüura,milli düşüncəyə və mili mentalitetə xas olan kadrların yetişməsinə əngəl yaradırdı. Məhz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi bu baxımdan mövcud olan vəziyyəti aradan qaldırdı. Onun təşəbbüsü və təkidi ilə Azərbaycanın o dövrdə - 1978-ci ildə qəbul olunan konstitusiyasında Azərbaycan dili dövlət dili statusu aldı. Uzunmüddətli inkişaf strategiyası hazırlayan və zəngin idarəçilik təcrübəsinə malik Heydər Əliyev ittifaqın güclü iqtisadi potensialından səmərəli istifadə edərək Azərbaycanı qısa müddət ərzində tərəqqi yoluna çıxartdı. Azərbaycanda geniş tikinti-quruculuq işləri aparıldı. Saysız-hesabsız sənaye müəssisələri salındı.Respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsal sahələri yardıldı.İnsanların yaşayış səviyyəsi ildən-ilə yüksəldi.
Bu böyük Şəxsiyyət Azərbaycanın həmin dövr və uzaq gələcəyi, daha doğrusu müstəqillik dövrü üçün zəruri vəzifələri peşəkarlıqla, ustalıqla yerinə yetirir və inkişaf etdirirdi. 1982-1987-ci illərdə Heydər Əliyev SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri, siyasi büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrinə yüksəlir. 

Xalqımızın sədaqətli oğlu Azərbaycan müstəqillik savaşına qalxdığı günlərdə səsini onun haqq səsinə qataraq azərbaycanlılara və Azərbaycanda qanlı cinayət törədənlərə qarşı qətiyyətlə mübarizə aparmışdır. 1990-cı ilin 20 Yanvar qırığınından hiddətlənərək bu qanlı hadisəni törədən imperiyanın paytaxtından on minlərlə həmvətənimizin ön sırasında duran Heydər Əliyev əzmkarlığı, qanlı Bakı faciəsinin günahkarlarını lənətləyən gur səsi xalqımızın azadlıq mücadiləsində daha möhkəm birləşəməsinə güclü təkan verdi.1993-cü ilin may-iyununda dövlət böhranının, hakimiyyətsizliyin, başıpozuqluğun, xaosun kulminasiya nöqtəsinə çatması və ölkədə vətəndaş müharibəsi, müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda, xalq təkidlə Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Hər şeydən əvvəl əmin-amanlığın, qanunçuluğun bərpa olunması, müstəqilliyin qorunub saxlanması istiqamətində uğurlu addımlar atıldı.

Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Azərbaycan dövlətçiliyi qorunub saxlanıldı, ölkədə davamlı sabitlik təmin olundu.Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.Bu görkəmli dövlət xadimi tarixi irsə əsaslanaraq milli dəyərlər zəminində müasir dövlətçilik sistemimizin siyasi dayaqlarını yaratmaqla XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olmuşdur. Məhz bu kimi misilsiz xidmətləri sayəsində Heydər Əliyev xalqının siyasi və dövlətçilik şüurunda ümummilli lider yüksəkliyini fəth etmişdir. O Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsə də ikinci dövrdə yalnız və yalnız ölkəmizin inkişafı, qüdrətli və güclü bir dövlətin yaradılması, xalqımızın firavan yaşaması amalı ilə yaşadı və biliyi və rəhbərlik istedadı sahəsində olan bacarıqları əsasında bu istəklərini həyata keçirdi.Heydər Əliyev Azərbaycan xalqına təkcə suveren dövlət, möhkəmləndirilmiş müstəqillik, tərəqqi, azadlıq yox, bunlara bərabər həm də gələcəyə inam və gələcək inkişaf üçün hazır proqramı əmanət qoyub getdi. O, dövlətçilik idieologiyasını işləyib hazırladı, onu həyata keçirdi, dövlətin özünü qurdu. Azərbaycanda unitar dövlətçilik ənənələri yaratdı. Azərbaycan dövlətinin bütövlüyünü qoruyub saxlamağın vacibliyi fikrini gələcək nəsillərə təlqin etdi.Bu gün Azərbaycan xalqı bu siyasi kursun davam etdirilməsinin tarixi zərurət olduğuna qəti şəkildə əmindir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli lider Heydər Əliyevin başladığı, lakin sona çatdıra bilmədiyi işləri çox böyük müdrikliklə, qətiyyətlə həyata keçirməkdədir.Cənab Prezident İlham Əliyev məhz bu həqiqətləri qətiyyətlə təsdiq edərək deyir: “Xalqa, millətə xidmət etmək, ölkəmizi gücləndirmək, Azərbaycanın müstəqilliyini gücləndirmək Heydər Əliyev siyasətinin əsas istiqamətləridir. Biz bu siyasətə sadiqik”.
Bu gün Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır.Ulu Öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir.Heydər Əliyev ideyalarına sadiq qalan,onu həyatının şərəf işi elan edən İlhan Əliyevin rəhbərliyi altında güclü,qüvvətli bir Azərbaycan ordusu formalaşdı.Bu ordu 44 günlük Vətən müharıbəsində öz sözünü dedi.Qalib azərbaycan əsgəri üçrəngli bayrağını işğaldan azad olunmuş torpaqlarımızda qaldırmaq şərəfinə nail oldular.Bu gün Öarabağımız inamla inkişaf etdirilməkdədir .
Bu gün müstəqil Azərbaycan özünün şərəfli dövrünü yaşayır desək, yanılmarıq. Heydər Əliyev cismən aramızda olmasa da, onun ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır. Heydər Əliyev təkcə bir insan həyatının müdriklik zirvəsində deyildi, o, bütöv bir xalqın tarixinin yüksək zirvəsindədir. Bu zirvədən təkcə bir ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, bu günü, sabahı görünür. Bu gün müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı ilə, onun iradəsi, istedadı, əzmi, vətən sevgisi, yorulmaz fəaliyyəti ilə bağlıdır. Qədirbilən xalqımız özünün əbədiyaşar Prezidenti, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini daim uca tutacaq, böyük Heydər Əliyev yolu ilə gedərək, bu yolun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, bu ideyaların gerçəkləşdirilməsində qüvvə və səylərini əsirgəməycəklər. Azərbaycan yaşadıqca, dünya durduqca, Azərbaycan insanına örnək olan, Azərbaycanı var edən, adı Azərbaycana güc və şərəf verən Ulu öndərimiz Heydər Əliyev yaşayacaqdır!

Respublikamızın bütün vətəndaşları kimi biz biləsuvarlılar da qəlbən inanırıq ki, Heydər Əliyev dühası işığında doğma Azərbaycanımız hələ neçə-neçə zirvələr fəth edəcək!.
Fəday Əliyev,
Biləsuvar rayonu, İsmətli kəndi
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan