» » İdarəetmənin ustadı, siyasətin kamil bilicisi


İdarəetmənin ustadı, siyasətin kamil bilicisi


   “Heydər Əliyev dahi şəxsiyyət, böyük liderdir, uzaqgörən, cəsarətli siyasi xadimdir. O, bütün  dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün  yaşayırdı, yaradırdı. Heydər  Əliyev  Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki  dəfə Azərbaycanı  təhlükədən, böhrandan  çıxarıb inkişaf  yoluna   qoymuşdur.Bu onu göstərir ki, ictimai-siyasi  quruluşdan asılı  olmayaraq, Heydər Əliyev  həmişə ən   düzgün siyasət  aparmış, Azərbaycan xalqının  maraqlarını müdafiə və təmin etmişdir” Prezident İlham Əliyev

    Hər bir xalqın  dövlətçilik təcrübəsini əks etdirən  başlıca amil o xalqın keçdiyi  mübarizə yoludur. Xalqın dəf etdiyi hadisə və  proseslər tarixi  əhəmiyyətə malik məqamlardır. Məhz  buna görə dünyaya töhvələr vermiş xalqların  özünəməxsus təcrübələri vardır. Xalqımızda bu  baxımdan  istisna deyildir. Xalq olaraq  uzun əsrlər   boyu öz milli  dəyərlərimizi  nümayiş etdirmişik.Hələ ötən  əsrdə, 1918-ci ildə  dünyanın şərq yarımkürəsində  Respublika yaradan, 1991-ci ildə milli  dövlətini   bərpa edən, 30 il düşmən   işğalında qalan  torpaqlarını Ali Baş Komandanı və ordusunun iradəsinə sığınaraq azad  edən  xalqıq. Bütün   bu  nümunələrin fonunda  başlıca amil kimi milli lider  faktoru olmuşdur. Zamanından asılı olmayaraq məhz  milli lider amilinin hadisə və proseslərin gedişində həlledici olduğu danılmazdır.Qüdrətə, həmrəyliyə, gücə, tərəqqiyə nail olmaq yolunda lider həmişə ən mühüm faktor olmuşdur.

     Lidersiz,   nə  rifahı, nə tərəqqini, nə də yüksəlişi  təsvvür belə etmək mümkün deyildir. Bunun bariz nümunəsini xalqımız Ulu Öndər  Heydər Əliyevin  simasında bəşəriyyətə sübut etmişdir.

     Təsadüfü deyil ki,  xalqımızın   də dövlətimizin  taleyi  Heydər Əliyevin adı ilə  qırılmaz tellərlə bağlıdır. Xalqının  keçmişi, bu günü, gələcəti ilə daim qürur  duyduğunu qeyd edən Heydər Əliyev  özü bir dəyərə çevrildi.

      O, dövlər qurdu, o  xalqını səfərbər edə bildi, o,  dünyaya səs saldı, “Azərbaycan  dünyaya günəş kimi  doğacaqdır” dedi. Və buna nail  oldu. O, dünyada yaşayan bütün  Azərbaycanlıların qürur mənbəyi olan müasir Azərbaycan dövlətini qurdu,  xalqının xilaskarı və lideri oldu. Heydər Əliyev   deyirdi: - “Mənim həyat amalım bütün   varlığım qədər sevdiyim Azərbaycan xalqına,  dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi,  mənəvi   inkişafına xidmət olub. Bu yolda bütün   gücümü və iradəmi yalnız müdrik və   qədirbilən  xalqımdan almışam. Ən çətin  anlarda, ən mürəkkəb  vəziyyətlərdə yalnız və yalnız xalqıma  arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün  uğurlarımı təmin edib “.

      Heydər Əliyevin hələ 1969-cu ilin iyulunda Azərbaycan SSRİ-nin  rəhbərliyinə  gəlişi ilə   ölkəmizin  təkcə iqtisadi  göstəriciləri yüksəlmədi, həm də milli-mənəvi dəyərlərimiz  qorundu,  aşınmadan xilas oldu və gələcək  inkişaf üçün   möhkəm  təməllərə əsaslanan  inkişaf   strtegiyasına  start verildi. Məhz  o zamana qədər dövlət  idarəçiliyinin düzgün  təşkil   olunmaması tənəzzülə zəmin yaratmış, səbəb olmuşdu. Heydər Əliyevə qədər  Azərbaycan  bütün istiqamətlər üzrə keçmiş  Sovetlər birliyinin ən geridə qalmış ölkələri sırasında idi. Bu vəziyyət məhz Azərbaycan   KPMK-nin 19 iyul 1969-cu il tarixli plenimundan sonra əsaslı surətdə dəyişdi. Plenumda  Heydər Əliyev birinci  katib seçilməsi  ölkənin sovet dövrü tarixinin dönüş  nöqtəsi oldu. Azərbaycanda kənd təsərrüfatının,   neft sənayesinin və  bütövlükdə  sənayeləşmənin  inkişafında   yeni dövr başladı. Elm və təhsil   sahəsində,  əhali  məşğulluğunu təminatında, tikinti, quruculuq, abadlıq sahələrində yeni yüksəlişə  start verildi. Bütün istiqamətlər üzrə həyata keçirilən  islahatlar, görülən işlər  respublikanın müstəqil  dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin  yaratdı.

      Heydər Əliyev 1982-ci ildə Sovet İttifaqının Nazirlər  Soveti sədrinin birinci müavini  vəzifəsinə təyin edildi. Beləliklə Heydər Əlyev  SSRİ  kimi nəhəng ölkənin nəqliyyat, sənaye, səhiyyə, təhsil, tikinti,  gənclərlə iş kimi  mühüm sahələrinə rəhbətlik etdi. Eyni zamanda  Cənub Şərqi və Mərkəzi Asiya, Yaxın Şərq, Latın Amerikası  kimi regionlarla aparılan işlərə  rəhbərlik və nəzarəti həyata keçirirdi. Sovet İttifaqının ən nəhəng tikinti  işlərinə rəhbərliklə Heydər Əliyevin səlahiyyətində idi. Heydər Əliyev 1985-ci ilin  martında Sovet İttifaqının Baş Katibi  seçilən Mixail Qarbaçovun “aşkarlıq”, “yenidənqurma”,   “sürətləndirmə” adı altında  həyata keçirməyə başladığı sosial-siyasi və iqtisadi konsepsiyaya etiraz olaraq  1987-ci ilin oktyabr ayında tutduğu  vəzifələrində istefa verdi.

    Heydər Əliyev Sovet İttifaqının  əsas   simalarından olduğu müddətdə də Azərbaycanın  qayğı və problemlərinə xüsusi diqqət ayırmış, ölkəmizin inkişafı ilə bağlı  çoxsaylı yeni  qərarların qəbuluna nail olmuşdur. Məhz onun sayəsində Azərbaycan iqtisadiyyatı   durmadan böyüyür, əhali inkişafı   məsələləri sürətlə həllini tapırdı.

      Onun Sovet İttifaqı rəhbərliyindən  getməsi təkcə Azərbaycanın deyil,  bütövlükdə İttifaqın  ziyanına oldu. Onun  dəmir iradəsi,   dürüst məntiqi, cəsarəti bir çoxlarını qane etmirdi.

     İdarəetmənin ustadı,  siyasətin kamil bilicisi  olan Heydər Əliyev  o zamanlar Moskvada  yaşasada onun ürəyi öz ölkəsi,  vətəni Azərbaycanla döyünür, daim bütün  prosesləri, Azərbaycan ətrafında baş verilənləri izləyir və hər dəfə öz  münasibətini ifadə  edirdi.

    Artıq əsrin 80-ci illərinin sonuna  doğru Sovetlər Birliyi sürətlə zəifləyir, ölkə  iqtisadiyyatı çökür, hərc-mərclik,  korrupsiya, rüşvətxorluq dövləti dağılmağa doğru  aparırdı. Belə bir vəziyyəti  fürsət bilən   bir sıra millətlər öz  niyyətlərini  gerçəkləşdirmək, dağılmaqda olan ittifaqdan  daha çox “pay” qoparmaqdan ötrü hərəkətə  keçmişdilər. Onların sırasında  mənfur  qonşularımız olan  ermənilər də var idi.

    Azərbaycanın da bir parçası olduğu Sovet İttifaqının  tənəzzülü ölkəmizdə  də   çoxlu problemlərin yaranmasına  səbəb olmaqla yanaşı, Ermənistandan  azərbaycanlıların qaçqın  düşməsi, Qarabağda  ermənilərin silahlı  münaqişə cəhdləri, 20 yanvar  hadisələri Heydər Əliyevi narahat edir, o əlində  olan bütün imkanlardan istifadə etməklə  xalqının   yaralarına məlhəm olmağa   çalışırdı.

Nəhayət  Sovet İttifaqının  süqutu  Azərbaycanda hakimiyyət  uğrunda gedən mübarizə, ölkədəki  özbaşınalıq,   az qala hər ay baş verməkdə olan    hakimiyyət dəyişiklikləri  ermənilərin Qarabağ torpaqlarında  müharibəsi fonunda  baş  verirdi. 1992-ci ilin  yazında   hakimiyyəti zəbt etmiş AXC-Müsavat   qüvvələrinin  səriştəsiz,  dövlət idarəçiliyindən bixəbər,  hakimiyyəti əldə saxlamaq naminə torpaqlarımızın  işğalı prosesini kənardan  seyr edən, mövcud beynəlxalq siyasi  situasiyaya, Azərbaycanın  gücünə adekvat olmayan  bəyanatlarla   mövqe sərgiləyən “dövlət  xadimləri” Azərbaycanı uçurumun  astanasına  gətirməyə “nail” oldular. Belə bir məqamda  məhz Heydər Əliyev  bütün ölkənin, yeganə ümüd yeri, xilas mənbəyi idi. Məhz onun dühası  Azərbaycanı dövlət olaraq ayaqda saxlaya  bilərdi.

    Bütün xalqımızın ümüdlərini ifadə edən Azərbaycanıngörkəmli şəxsiyyətləri,  tariximizə “91-lər” kimi düşən vətənini, dövlətinini, xalqını sevən şəxsiyyətlərin Heydər Əliyevə  xilaskarlıq   missiyasını öz üzərinə  götürməklə  bağlı müraciətləri cavabsız qalmadı.  Gərgin, çətin və mürəkkəb  situasiyada Heydər Əliyevin  ölkənin paytaxtına gəlişi, vətəndaş  müharibəsi astanasında olan cəmiyyətimizdə  ümüd yaratdı. O, qısa müddətdə konkret  əməli addımlar ataraq Azərbaycanı  parçalanmadan, növbəti dəfə dövlətçiliyin  itirilməsi   təhlükəsindən xilas etdi. Heydər Əliyevin dövlət  idarəçiliyindəki  ustalığı xalqımız üçün yeni üfüqlər açdı.

    Ölkə  seçicilərin tam əksəriyyətinin  etimadı   nəticəsində  dövlət  başçısı seçilən Heydər Əliyev vətəndaş  müharibəsi təhlükəsini aradan qaldırdı. Qarabağda  baş verən qanlı  toqquşmaları durdura  bildi, müasir Azərbaycan  Respublikasının Konstitusiyasının  əsaslarını   işləyib  hazırladı və təmin etdi. Onun sayəsində  ölkə iqtisadiyyatının  həcmi  hər il ötən ilə nisbətən  genişlənirdi.

    Torpaq islahtlarına, xarici  sərmayədarlarla beynəlxalq  kantraktların   imzalanmasına, bütün istiqamətlər üzrəyeniliklərə  start verildi. Bir sözlə  müasir, güclü, öz  göstəricilərinə görə  nəhəng iqtisadiyyata malik, ciddi  təməllər üzərində qurulan dövlətçilik  prinsipləri   əsasında bərqarar olmuş idarəçilik sistemi, qüdrətli müdafiə qabiliyyəti olan ordu, ildən-ilə  inkişaf edən sosial-iqtisadi, siyasi-mədəni  münasibətlər sistemi Heydər Əliyev  şəxsiyyətinin  təkcə Azərbaycan Respublikası əhalisinin deyil, bütün  dünya azərbaycanılarının  fəxarət yeri olan Azərbaycan  dövlətinin   formalaşması və inkişafı üçün  əsas oldu. İndi deyə bilirik ki, Azərbaycan dünyaya günəş kimi doğmuşdur. Nəinki, dövlətimiz qarşıda  duran sosial-iqtisadi, mədəni-siyasi problemlər öz həllini tapmış, eyni zamanda   100 illər ərzində əldə edə  bilmədiyimiz  tarixi   nailiyyətlərə imza atılmışdır.

    Nə xoşbəxt xalqdır ki, Heydər Əliyev kimi  dahi, dövlət idarəçilik  ustadı, dünya siyasətinin  kamil bilicisi olan  şəxsiyyətin bu gün  bütün   istiqamətlər  üzrə  dövlətimizə və xalqımıza  ləyaqətlə xidmət edən övladı - Müzəffər Ali Baş Komandan, dünyanın istənilən  yerində  bizləri cəsarətlə təmsil edən prezident, Yeni Azərbaycana Partiyasının sədri  İlham Əliyev var. Təməli Heydər Əliyev tərəfindən   qoyulmuş  Müasir Azərbaycan  dövlətinin   bu günki  inkişafı,   möhtəşəmliyi məhz İlham Əliyevin Heydər  Əliyev ideyalarını uğurla həyat  keçirməsi, dünyada baş verən hadisə  və proseslərə   adekvat münasibətinin  nəticələridir. 

         Kamil Qurbanlı
         Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR