Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» Şəhid Müşfiq Xosizadənin ad günü qeyd olundu


Şəhid Müşfiq Xosizadənin ad günü qeyd olundu

15 aprel 2022, Cümə
626
0
Vətən müharibəsi  şəhidi Müşfiq Xosizadənin ad günü qeyd olunub.

"Bilesuvarinfo" xəbər verir ki, tank komandiri olan şəhidin ad günü, onun doğulduğu Biləsuvar rayonunda qeyd olunub.
Biləsuvarın Günəşli kəndində şəhidin ata ocağına toplaşan rayon içtimaiyyətinin
nümayəndələri tərəfindən ziyarət olunub. Şəhidin məzarı ziyarət olub,  məzarı önünə gül - çiçək dəstələri düzülərək, əziz ruhuna dualar oxunub.
Müfiq Xosizadənin vətənpərvər oğul olmasından, dürüstlüyü və dostcanlığından ürəkdolusu danışan döyüş yoldaşları qeyd etmişlər ki, o, döyüşə düşmən cəbhəsinin yarılmasında ən öndə gedən qorxmaz, məğrur döyüşcülərdən biri olub. Komandiri olduğu tankla ardıçıl olaraq düşmənin çoxsayda mövqeyini darmadağın edib. 
O, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirib. Ağır döyüşdə qəhrəmancasına şəhid olub.. .
Daha sonra, qonaqlar şəhidin valideyinləri tərəfindən oruçluq ayında iftar vaxtına hazırladıqları ehsan süfrəsinə dəvət olunub.

Qeyd edək ki, şəhid Xosizadə Müşfiq Zakir oğlu 14 aprel 1993-cü ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur.
2011-2012-ci illərdə həqiqi hərbi xidmət keçmişdir. 2013-cü ilin noyabr ayından gizir rütbəsində xidmətini davam etdirmişdir.
Şəhid M.Xosuzadə 29 sentyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Müşfiq Xosizadə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan