» » » Aprel döyüşləri şəhidi Dəmirli Hüseyn Zeynal oğlunun anım günündə xatirəsi yad edildi


Aprel döyüşləri şəhidi Dəmirli Hüseyn Zeynal oğlunun anım günündə xatirəsi yad edildi

Aprel zəfərimizin 8-ci ildönümündə Biləsuvar şəhərindən olan Şəhid Dəmirli Hüseyn Zeynal oğlunun anım günü ilə əlaqədar ailəsi ziyarət olunub. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək valideynlərinə baş sağlığı vermişlər. 

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu olmuş şəhid Dəmirli Hüseyn Zeynal oğlu 4 avqust 1993-cü ildə Biləsuvar şəhərində anadan olmuşdur. 2000-2011-ci illərdə Biləsuvar şəhər 4 saylı tam orta məktəbində təhsil almış və 2011-2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarında xidmətini davam etdirmişdir.  2 aprel 2016-cı ildə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. 5 aprel 2016-cı ildə Biləsuvar şəhər qəbirstanlığında dəfn olunub. Göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən şəhid Dəmirli Hüseyn Zeynal oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub. 

Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi