» » » Şəhid Cahid Şaiq oğlu Qəniyevin doğum günündə xatirəsi yad edildi


Şəhid Cahid Şaiq oğlu Qəniyevin doğum günündə xatirəsi yad edildi

Fevral ayının 18-də Biləsuvar rayonunun Çaylı kəndində şəhid Qəniyev Cahid Şaiq oğlunun doğum günü ilə əlaqədar ata ocaqı ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin  şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir. 

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun giziri olmuş şəhid Qəniyev Cahid Şaiq oğlu 18 fevral 1994-cü ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. 2000-2011-ci illərdə Çaylı kənd tam orta məktəbində təhsil almış və 2012-2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2013-cü ildən etibarən gizir hərbi rütbəsində xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərmiş və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 13 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Çaylı kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Qəniyev Cahid Şaiq oğlu ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Onun adı əbədiləşdirilərək Çaylı kənd küçələrindən birinə verilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan