Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » Şəhid Telman Rafiq oğlu Həsənlinin doğum günündə xatirəsi yad edildi


Şəhid Telman Rafiq oğlu Həsənlinin doğum günündə xatirəsi yad edildi

03 mart 2024, Bazar günü
411
0

Mart ayının 3-də Biləsuvar rayonunun Bağbanlar kəndində şəhid Həsənli Telman Rafiq oğlunun doğum günü ilə əlaqədar ailəsi ziyarət olundu.

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının əməkdaşı Samir Ağayev, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin  şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir. 

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun giziri olmuş şəhid Həsənli Telman Rafiq oğlu 3 mart 1998-ci ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olmuşdur. 2005-2016-cı illərdə Ə.Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbində təhsil almış və 2016-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2018-ci ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra  ordu sıralarından ayrılmayaraq gizirlik kurusunu oxumuş, düşmənə yaxın təmas rayonlarında vətənə min bir həvəslə xidmət etməyə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, Füzulinin, Xocavəndin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb Xüdafərinin alınması uğrunda gedən döyüşlərdə rəşadət göstərərək qəhrəmancasına şəhid olmuşdur. 18 oktyabr 2020-ci ildə Bağbanlar kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Həsənli Telman Rafiq oğlu ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidin adı Bağbanlar kəndində küçələrdən birinə verilərək əbədiləşdirilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan