Vətən müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi

2018-ci ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarından ayrılmayaraq gizirlik kurusunu oxuyur. Gizirlik məktəbini başa vurduqdan sonra, düşmənə yaxın təmas rayonlarında vətənə min bir həvəslə xidmət etməyə başlayır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, Füzulinin, Xocavəndin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb Xüdafərinin alınması zamanı gedən qanlı döyüşlərdə rəşadət göstərərək qəhrəmancasına şəhid olur. Şəhid Telman Həsənli doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Həsənli Telman Rafiq oğlu ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Həmçinin oxuyun:
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.