» » » Qəhrəman Salehlər - şahadətləri də eyni tarixdədir


Qəhrəman Salehlər - şahadətləri də eyni tarixdədir


Oktyabr ayının 12-də Biləsuvar rayonunun Günəşli kəndində şəhid Ağayev Saleh Nurəddin oğlu və Nəsimi kəndində şəhid Məcidzadə Saleh Nəriman oğlunun anım günləri ilə əlaqədar ailələri ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin  şərəfli döyüş yolundan söz açılmış xatirələri yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun kiçik giziri olmuş şəhid Ağayev Saleh Nurəddin oğlu 30 aprel 1992-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib FüzulininXocavəndinCəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş və Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Ağayev Saleh Nurəddin  oğlu ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.


Azərbaycan Ordusunun giziri olmuş şəhid Məcidzadə Saleh Nəriman oğlu 16 iyul 1994-ci ildə Biləsuvar rayonunun Nəsimi kəndində anadan olub. Saleh Məcidzadə Aprel  döyüşlərində və Tovuz döyüşlərində  düşmən  diversiya  qrupunun  məhv  edilməsində  göstərdiyi   igidliyə  görə  komandanlıq  tərəfindən  təltif  edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Cəbrayıl rayonunun Daş Veysəlli kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Məcidzadə Saleh Nəriman oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 

Allah şəhidlərimizə rəhmət eləsin!


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan