
”Bilesuvarinfo” xəbər verir ki, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərin şəhid valideyinlərinə təqdimetmə mərasimi Biləsuvar Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu öz şücaətini bütün dünyaya göstərərək 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu möhtəşəm qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə xatırlayır: “Biz xalqımıza bu qələbəni yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna, torpaqlarımız uğrunda canlarından keçən qəhrəman oğullarımıza, sağlamlığını itirən qazilərimizə minnətdarıq. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.”
Digər çıxış edənlər bildirdilər ki, ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
Qeyd edək ki, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Prezidentin imzaladığı sözügedən səzrəncama əsasən 3 - cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan, Biləsuvar rayonunundan olan şəhidlər 7 nəfərdir. Onlar : Əhmədli Elməddin Gülverən oğlu (çavuş), Xanalıyev Ziyəddin Ariz oğlu ( çavuş ), Qasımzadə Nicat Höccət oğlu (kiçik çavuş), Baloğlanlı Elşad Elşən oğlu (əsgər), İsayev Rahət Rafət oğlu(əsgər), Qənbərli Vüsal İlkin oğlu (əsgər) və Mirzəyev Sarvan Əli oğludur (əsgər)







