“Qarabağ” ordenli şəhid Məhəmməd Əmənovun ailəsi ziyarət olunub

"Bilesuvarinfo" xəbər verir ki, anım günündə şəhidimizin ailəsi və məzarı ziyarət olunub. Ziyarətdə rayon rəsmiləri və ictimaiyyətinin nümayəndələri, şəhidin silahdaşları iştirak edib.

Qeyd edək ki, şəhid Məhəmməd İltizam oğlu Əmənov 1996-cı ildə Biləsuvarın Bağbanlar kəndində anadan olub. Orta məktəb illərindən Vətən təəssübü ilə böyüyən gənc Məhəmməd həqiqi hərbi xidmət dövründə hərb sirlərinə peşəkarcasına yiyələnir. Hərbi xidmətini başa vursa o, Gizirlik məktəbində “Tank komandiri” ixtisası üzrə kursları uğurla bitirərək, Goranboy rayonundan xidmətini davam etdirməyə başlayır. Gizir Məhəmməd Əmənov hələ 2016-cı ilin Aprel döyüşlərində əks hücum əməliyyatlarında düşmənə layiqli cavab verən tank komandirlərindən olmuşdu. Mərdliyi, qorxmazlığı ilə komandirlərin diqqətini çəkən Məhəmməd növbəti belə bir şansı 2020-ci il sentyabrın 27-də Vətən müharibəsində yenidən qazanır. O, Goranboy, Tərtər istiqamətlərindən tankı ilə düşmən üzərinə yeriyir.
Vətən müharibəsində Suqovuşanadək keçdiyi şərəf dolu rəşadətli döyüş yolu ona ölümündən sonra da alqış və başucalığı gətirdi. Ali Baş komandanın sərəncamı ilə tank komandiri, gizir Məhəmməd İltizam oğlu Əmənov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü medalları və “Qarabağ” ordeni ilə təltif olunub.




Müzakirə edin
Həmçinin oxuyun:

18 iyul 2022, Bazar ertəsi
“Vətən sevgisinin bənzərsiz tərcümanları olan şəhidlər, hər birimizin qüruru, vüqarı və fəxridir ”
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.