» » » “Vətən sevgisinin bənzərsiz tərcümanları olan şəhidlər, hər birimizin qüruru, vüqarı və fəxridir ”


“Vətən sevgisinin bənzərsiz tərcümanları olan şəhidlər, hər birimizin qüruru, vüqarı və fəxridir ”

Bu gün “Azərbaycan Bayrağı” ordenli şəhid Şaiq Kəlbiyevin 51 yaşı tamam olur.

“Bilesuvarinfo” xəbər verir ki, Şaiq Kəlbiyev torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda ilk günlərdən cəbhə bölgəsinə könüllü yollanıb. O, hələ Sovet ordusunda tank alayında hərbi xidmət keçdiyi illərdə peşəkar tankist kimi bu sahədə tam püxtələşmişdi. 
Birinci Qarabağ müharibəsində cəbhənin Ağdam rayonunun Mərzili, Yusifcanlı kəndləri tank komandiri Şaiqin düşmənlə üz-üzə, geri çəkilmədən vuruşduğu döyüş bölgələri olub. Ekipaj yoldaşı ilə birgə düşmən tapdağında olan əraziyə keçərkən 3 ermənini öldürüb onlara məxsuz, saz vəziyyətdə olan BMP-ni qənimət gətirib. Onun milli ordumuzda digər xidmətlərindən biri, mütəxəssis kimi yararsız hala salınmış tank və ağır texnkaların döyüş vəziyyətinə gətirilməsi olub.

1992- 1993-cü illərdə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda gərgin döyüşlərin qəhrəmanlarından olan şəhid Şaiq Tahir oğlu Kəlbiyev 1971- ci ilin 18 iyulunda Aşağı Cürəli kəndində anadan olub. 12 iyun 1993-cü ildə Ağdamın Mərzili kəndi uğrunda gedən döyüşlərdə erməni quldurlarının hücumlarını dəf edərkən şəhadətə ucalıb. Ulu Öndər Heydər Əliyev tərəfindən  Ş. Kəlbiyevin qəhrəmanlığı  yüksək qiymətləndirilərək “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Biləsuvar şəhərində küçələrdən birinə adı verilmişdir.

Şəhidin doğum günündə ailəsi ziyarət olunub
Vətənimizin müdafiəsi uğrunda öz canından keçən şəhid Şaiq  Kəlbiyev doğum günündə Biləsuvar rayon rəsmiləri və içtimaiyyəti tərəfindən ailəsi ziyarət edilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Kamil Qurbanlı bildirildi ki, Vətən sevgisinin bənzərsiz tərcümanları olan şəhidlər, hər birimizin qüruru, vüqarı və fəxridir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının yağı düşmənin tapdağından azad edilməsilə, həm də I Qarabağ müharibəsi şəhidlərinin qisası alındı. O, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışarkən, Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaq  - dedi.
Şəhidin anası Solmaz Kəlbiyeva demişdir ki, tək öz oğlumnan yox, bütün Azərbaycan torpağının uğrunda gedən şəhidlərə bu gün rəhmət diləyirəm. Şəhidə görə hansı ana narahatdı səhv edir, oğlu var idi şəhid verdi, oğlu olmayan nə verdi. Mənim ürək sözüm odu ki, bütün cavanlarımıza Allah-təala belə ürək versin ki, ana-bacısı üçün ürəyi əssin, vətəni üçün ürəyi əssin. Mən bu torpağa, bu elə-obaya elə oğullar arzu edirəm .

Solmaz ana oğlunun Sovet ordusundakı xidmətini yarımçıq qoyaraq Qarabağ uğrunda gedən döyüşlərə qatıldığını, digər bir övladının və dörd nəvəsinin 44 günlük müharibənin iştirakçısı olduqlarını, oğlu Əşrəfin II Qarabağ müharibəsində iki dəfə yaralandığını bildirdi. Oğullarını Vətən üçün böyütdüyünü bildirən Solmaz ana nə vaxt lazım gələrsə, onları cəbhəyə göndərməyə hazır olduğunu bildirdi. 
Görüşdə Respublika "Mübarizlər" cəmiyyətinin Biləsuvar üzrə nümayəndəsi Mirhənifə Mirsultanov və başqaları bildirdi ki, Biləsuvar rayonunda da bu ənənə daim davam etdirilir.  Ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif olunan  Şaiqin keçdiyi döyüş yolu, şərəfli həyatı gənclər üçün bir məktəb oldu. Bu məktəbdən güc alan Mübarizlərin, Nihadların, Orxanların, Babəklərin sayəsində düşmən vətən torpağından qovuldu. Biləsuvar Rayon İcra Hakimiyyətinin, həmçinin çalışdığımız cəmiyyətin təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə cənab Prezidentin töfsiyə və göstərişlərinə əsasən daim diqqət və qayğı göstərilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


Oxşar xəbərlər:

SON MƏQALƏLƏR