- 29 aprel, 23:41
- 866 dəfə oxunub
- 0
Şəhidin ikinci doğum gününü övladları onsuz qeyd edir
"Bilesuvarinfo" xəbər verir ki, şəhid tank komandiri, baş leytenant Namiq Mailovun 39 yaşı tamam oldu.
Şəhidin ad günü münasibətilə rayon içtimaiyyətinin nümayəndələri və ailə doğmaları onun məzarını ziyarət etmiş, əziz xatirəsini ehtiramla anmışlar. İftar süfrəsi ətrafına cəm olan ziyarətçilər peşəkar hərbçi, tank komandiri səhid Namiq Mailovun qısa ,olduqca şərfli döyüş yoluna nəzər salıb, onun vətəndaş olaraq, xalqına, millətinə, torpağına qəlbən bağlılığından ürək dolusu danışıblar. Düz iki il öncə 37 yaşlı qəhrəmanımız sonuncu dəfə dostlarının ona hədiyyə etdiyi doğum günü tortunu özü kəsmişdi. Artıq iki ildir ki, Namiqsiz keçən doğum günündə onun adına hazırlanan tortu oglanları Cəsur və Cahid qardaşları kəsir.
Qeyd edək ki, N.Mailov Vətən müharibəsinin ilk günündən komandiri olduğu tank bölüyü ilə Füzuli istiqamətində döyüşə atılaraq, düşmənin ön cəbhə xəttini yaran zabitlərimizdən biri olub.
O, həqiqi hərbi xidmətdə olarkən həyatını hərb sənətinə həsr etməyi qarşısına məqsəd qoyub. Elə bu amalla gizirlikdən zabit hərbi rütbəsinə qədər yüksəlir. 2011-ci ildən könüllü olaraq Füzuli rayonunda tank taborunda xidmətə göndərilib.
2016-cı ildə kiçik leytenant rütbəsində bölük komandiri kimi Aprel döyüşlərinə qatılır. Həmin döyüşlərdə ciddi yaralanmasına baxmayaraq, igid tankçı sağaldıqdan sonra yenidən xidmətə qayıdır.
O, Vətən müharibəsində qəhrəmancasına döyüşdü. Dörd kəndin düşməndən azad edilməsində onun böyük payı olub. Namiq işğalçı ermənilərə ağır zərbələr endirərək düşmən cəbhəsini yarıb və irəlidə gedərək şəhidlik zirvəsinə ucalıb.
Şəhid baş leytenant Namiq Abış oğlu Mailov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.