- 16 iyul, 17:30
- 489 dəfə oxunub
- 0
Partiya fəalları Vətən müharibəsi şəhidinin ailəsini ziyarət edib
Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının əməkdaşları şəhid Saleh Məcidzadənin ailəsi ilə görüşüb.
"Bilesuvarinfo" xəbər verir ki, ziyarətdə partiyanın əməkdaşı Samir Ağayev, ərazi təşkilat sədrlərlərindən Bəhruz Qafarov və Elmin Nuri iştirak ediv. Onlar şəhidin doğulduğu Nəsimi kəndində ata ocağını, daha sonra kənd qəbiristanlığında məzarını ziyarət edib.
Görüşdə II Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, şəhid Məcidzadə Saleh Nəriman oğlunun ölməz qəhrəmanlığından söz açılıb, əziz ruhuna dualar oxunub.
Görüşdə şəhidin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları ilə maraqlanılıb.
Şəhidin valideyini onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Məcidzadə Saleh Nəriman oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!