- 15 iyul, 23:13
- 671 dəfə oxunub
- 0
Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
“Bilesuvarinfo” xəbər verir ki, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilatın əməkdaşları Ağalıkənd kəndində olaraq II Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən şəhid Sadıqov Surac Ədalət oğlunun doğum günü münasibəti ilə ailəsini ziyarət ediblər.
Görüşdə şəhidin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları ilə maraqlanılıb. Şəhidin valideyini onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Daha sonra kənd qəbirstanlıqında şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.
Qeyd edək ki Sadıqov Surac Ədalət oğlu 15 iyul 2001-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Kənd tam orta məktəbini başa vurub. O, həqiqi hərbi xidmətini yerinə yetirərkən Vətən müharibəsində iştirak etmiş və qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Surac Sadıqova "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.