- 12 iyul, 23:41
- 732 dəfə oxunub
- 0
Şəhidlərin doğum günündə xatirələri anılıb
"Bilesuvarinfo" xəbər verir ki, partiyanın rayon təşkilatının sədri Kamil Qurbanlı və təşkilatın əməkdaşları öncə Yuxarı Cürəli kəndində I Qarabağ müharibəsi şəhidi Əliyev Təyyar İltifat oğlunun və Aşağı Cürəli kəndində II Qarabağ müharibəsində öz canından keçən şəhid Mirzəyev Orxan Əli oğlunun doğum günü ilə əlaqədar ailələri ilə görüşüb. Şəhid məzarları ziyarət olunub və ruhuna dualar oxunub.
Daha sonra, Çaylı kəndində olan partiya fəalları Vətən müharibəsi şəhidi Elnur Kamil oğlu Allahverdiyevin doğum günü münasibəti ilə ailəsini ziyarət edib.
Ziyarət zamanı şəhidlərimizin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs edilib və şəhid ailələrinin qayğıları ilə maraqlanılıb.
Görüşlərdə şəhid valideyinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Mirzəyev Orxan Əli oğlu ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə, şəhid Allahverdiyev Elnur Kamil oğlu isə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif ediliblər.
Allah rəhmət eləsin!