Mini futbol turnirinin seçmə mərhələsi başa çatdı

Biləsuvar rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş Respublika Mini futbol turnirinin J qrupu üzrə seçmə mərhələsinin oyunları başa çatıb. 
"Bilesuvarinfo" xəbər verir ki, seçmə mərhələdə Salyan, Neftçala və Hacıqabul komandaları qarşılaşmışdılar. 
Neftçala : Salyan və Hacıqabul : Salyan komandaları arasındakı oyunlar bərabərliklə bitdiyindən Salyan : Hacıqabul oyununun nəticəsi həll edici oldu. 
Belə ki, Salyan komandası Hacıqabul komandası üzərində 2:1 hesabı ilə qalib gəlməklə turnirin J qrupu üzrə qalibi oldu. 
Növbəti mərhələdə Salyan komandası İ qrupunun qalibi olmuş Cəlilabad komandası ilə qarşılaşacaq. 
Biləsuvar komandasının da yer aldığı J qrupunun qalibi olmuş Salyan komandasını təbrik edir, növbəti mərhələdə uğurlar arzu edirik.
 
	Müzakirə edin
	Həmçinin oxuyun:
 
	15 oktyabr 2022, Şənbə
	YAP-ın 30 illiyinə həsr olunmuş futbol turnirinə start verildi - ŞƏKİLLƏR - VİDEO
 
	06 avqust 2022, Şənbə
	Güləşçi gənclər şəhidlərin xatirəsinə  həsr olunan turnirdə mübarizə aparır - Yenilənib
				
				Şərhlər (0)
			
			
	İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
			
		    
		Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.




 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Türkiyə
Türkiyə Pakistan
Pakistan İsrail
İsrail Azərbaycan
Azərbaycan