Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Futbolda kuboku gömrükçülər qazandı


Futbolda kuboku gömrükçülər qazandı

27 may 2022, Cümə
1 974
0
Biləsuvarda  mini futbol üzrə keçirilən turnirin qalibləri məlum olub.

"Bilesuvarinfo" xəbər verir ki, 28 May Müstəqillik Gününə və "Şuşa ili"nə həsr olunmuş turnirin final  mərhələsinin oyunları bu gün olub.

Biləsivar şəhər 1 saylı tam orta məktəbin futbol meydançasında keçirilən yarışı Biləsuvar Rayon İcra Hakimiyyətinin Başcısı Faiq Qürbətov və hüquq - mühafizə orqanlarının rəhbərləri də izləmişlər.
Gərgin mübarizə şəraitində keçən final oyunlarının nəticələrinə görə Cənub Ərazi Baş Gömrük İdarəsinin komandası  birincilik əldə edib.İkinci və üçüncü yerlərə isə, müvafiq olaraq təhsil şöbəsinin və FHN-nin Biləsuvar bölməsi  komandası  sahib çıxıb.
Qeyd edək ki, bu ayın 23 - də  keçirilən oyunlarda Təhsil şöbəsinin komandası FHN-nin Biləsuvar bölməsi üzərində, Cənub Ərazi Baş Gömrük İdarəsinin komandası isə Biləsuvar Rayon İcra Hakimiyyətinin komandası üzərində qələbə qazanmaqla final mərhələsinə vəsiqə qazanmışdır.
Final mərhələsin ÀFFA tərəfindən göndırilən hakimlər idarə edib.


Müzakirə edin

Həmçinin oxuyun:

Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan