Mərkəzi stadionda təmirdən sonra ilk yarış keçirildi

"Bilesuvarinfo" xəbər verir ki, futbol yarışı Biləsuvar Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının, YAP Biləsuvar Rayon Təşkilatının, Gənclər və İdman İdarəsinin rəhbərləri iştirak edib.

Biləsuvar rayon Olimpiya İdman Kompleksinin komandası ilə Dərvişli kəndinin komandası arasında maraqla davam eddən yoldaşlıq görüşündə Olimpiya İdman Kompleksinin komandası Dərvişli kənd komandasına 4-1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, tarixi gün münasibətilə yoldaşlıq görüşün keçirildiyi Mərkəzi stadion uzun müddət baxınsız qalmışdı. Stadionda aparılan yenidənqurma işlər burada futbol yarışlarının keçirilməsinə yenidən əlverişli şərait yaradıb.
Yarışın sonunda komandalar diplomlarla təltif edildilər.




Müzakirə edin
Həmçinin oxuyun:

25 sentyabr 2022, Bazar günü
Sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirildi - FOTO - VİDEO

06 avqust 2022, Şənbə
Güləşçi gənclər şəhidlərin xatirəsinə həsr olunan turnirdə mübarizə aparır - Yenilənib
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.