Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Ağalıkənddə talvarda və evdə yanğın olub - FOTO


Ağalıkənddə talvarda və evdə yanğın olub - FOTO

01 sentyabr 2022, Cümə axşamı
994
0
Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

"Bilesuvarinfo"nun
məlumatına görə, hadisə rayonun Ağalıkənd kəndində Çingiz Seyfullayevə məxsus təsərüfatda qeydə alınıb.

Belə ki, əvvəlcə yanğın  ümumi sahəsi 104 kvadratmetr olan metal konstruksiyalardan ibarət talvarda başlayıb. Daha sonra yanğın yaxınlıqda ümumi sahəsi 121 kvadratmetr olan birmərtəbəli evə keçib. 

Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunaraq yanğın söndürülüb.

Yanğın nəticəsində talvarın altına yığılan 160 ton ot bağlamasının 10 tonu, birmərtəbəli evin isə 2 ədəd plastik pəncərə çərçivəsi, qapısı və dam örtüyünün yanar konstruksiyaları 6 kvadratmetr sahədə yanıb. 

Faktla bağlı araşdırma aparılır.
Müzakirə edin

Həmçinin oxuyun:

Mağazada yanğın oldu
30 iyul 2022, Şənbə
Mağazada yanğın oldu
Günəşlidə ot bağlamaları yanıb
20 iyun 2022, Bazar ertəsi
Günəşlidə ot bağlamaları yanıb
Biləsuvarda iki mərtəbəli evdə yanğın olub
05 aprel 2022, Çərşənbə axşamı
Biləsuvarda iki mərtəbəli evdə yanğın olub
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan