Mağazada yanğın oldu
Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.
"Bilesuvarinfo"nun məlumatına görə, hadisə Biləsuvar şəhəri, H. Əliyev prospektində yerləşən məişət texnikası satılan mağazada qeydə alınıb.
Belə ki, ümumi sahəsi 256 kvadratmetr olan ikimərtəbəli mağazanın 1-ci mərtəbəsində yanğın baş verib.
Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunaraq, yanğın söndürülüb.
Yanğın nəticəsində 5 kvadratmetr ərazidə məişət əşyaları və yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib.
Faktla bağlı araşdırma aparılır.

Müzakirə edin
Həmçinin oxuyun:
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.