- 2 iyun, 18:31
- 1 683 dəfə oxunub
- 0
Baş mühəndis dünyasını dəyişdi, fəhlə ağır zəhərləndi - YENİLƏNİB - FOTOLAR
"Biləsuvarinfo" xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
İlkin məlumata görə, kanalizasiyada çalışan 2 fəhlə tulantılardan yaranan qaz nəticəsində zəhərləniblər. Onlardan biri vəfat edib, biri isə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
***
“Bilesuvarinfo” xəbər verir ki, hadisə Biləsuvar şəhərində, Pərvin Əliyev küçəsində baş verib.
Belə ki, sözügedən küçədən cəkilən yeni kanaizasiya xəttində tutulma baş verib. Kanalisasiya lükundakı tutulmanı aradan qaldırmaq istəyərkən Biləsuvar şəhər Mənzil İstismar Sahəsinin baş mühəndisi Əsgərov Allahyar Xudayar oğlu (1957-ci il) dünyasını dəyişib, fəhlə Mirzəyev Asif Vasif oğlu ( 1991 –ci il) zəhərlənərək Biləsuvar Rayon Mərkəzi xəsətəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, baş mühədis özü ilə gətirdiyi iki fəhləsilə kanalizasiya lükundan xətt baş verən nasazslığı aradan qaldırmağa çalışırmış. Bu zaman kanalizasiya lükunun anbarında yaranan zəhərli qaz kütləsi anbarın aşağı hissəsində olan fəhlənin zəhərlənməsinə səbəb olub. Baş mühəndis özü anbara düşərək fəhləni xilas etmək istəyərkən zəhərlənmədən dünyası dəyişib.
Bu işdə çalışan digər fəhlə - Səfərov Nurəddin Ağadi oğlu (1989-cu il) da zəhərlənsə də, onun xəsətxanada həkim müdaxiləsindən sonra onun səhhəti normallaşıb.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb.
...
"Bilesuvarinfo" nun Biləsuvar şəhərində keyfiyyətsiz kanalizasiya çəkilişi işlərinin baş mühəndis Allahyar Əsgərovun ölümünə səbəb iddiasına “Təmir-Tikinti” MMC - nin sahə rəisi Əflan Tağıyev etirazını bildirib.
Ə.Tağıyev bildirib ki, Biləsuvar şəhərində kanalizasiya sistemi hələ ki, istismara verilməyib: "Biləsuvar şəhərində, o, cümlədən, bu gün bədbəxt hadisə olan ərazidə tərəfimizdən heç bir obenent birləşməsi olmayıb. O, cümlədən, Biləsuvar Mənzil İstismarı Sahəsi ərazidəki ümumi yaşayış binalarının kanlizasiya sularını yeni xəttə birləşdirməsi icazəsizdir.