Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvar şəhəri daxil olmaqla 17 kənddə qaz kəsiləcək


Biləsuvar şəhəri daxil olmaqla 17 kənddə qaz kəsiləcək

19 may 2022, Cümə axşamı
1 020
0
Bu gün Biləsuvarın bəzi kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə "Biləsuvarinfo"ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.


Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus qaznəqli sistemində mayın 19-da planlaşdırılmış təmir işləri ilə bağlı, saat 08:30-dan təmir işləri başa çatana qədər “Biləsuvar” QPS-dən qaz təchizatı dayandırılacaq.

Təmir müddətində Biləsuvar şəhəri daxil olmaqla 17 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan