YAP Biləsuvar rayon təşkilatında keçirilən seminarda nədən danışılıb?
YAP Biləsuvar rayon təşkilatında bir qrup ərazi partiya təşkilatının sədr müavinləri ilə seminar keçirilib."Bilesuvarinfo" xəbər verir ki, seminarda YAP Rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilatın aparat əməkdaşları və ərazi partiya təşkilatlarından 30 nəfər sədr müavini iştirak edib.
Seminarda Kamil Qurbanlı partiyanın yeni Nizamnaməsinin və Əsasnaməsinin tələblərindən irəli gələn bir sıra məsələləri iştirakçıların diqqətinə çatdırdı.Partiyanın yeni Əsasnaməsinin tələblərinə uyğun olaraq, rüblər üzrə hesabatların rayon təşkilatının aparatına təqdim olunarkən yeni qaydalara uyğun tövsiyyə və tapşırıqlarını verdi. Ərazi partiya təşkilatlarının rüblük hesabatlarını təqdim etmələri üçün işlənib hazırlanmış xüsusi forma seminar iştirakçılarına təqdim edildi. Seminarda diqqətinə çatdırılan ikinci məsələ - mətbuat və sosial şəbəkələrdə partiya üzvlərinin aktiv fəaliyyətinin təmin olunmasında görülməli olan işlərl idi.
Kamil Qurbanlı dünyada, ölkəmizdə və partiyanın həyatında baş verən yeniliklərlə bağlı mütəmadi olaraq analtik yazıların hazırlanmasının, təhlillərin aparılmasının və nəticələrin analizinin əhəmiyyət daşıdığını iştirakçıların diqqətinə çatdırdı.Fəal fikir mübadiləsi şəraitində keçirilən seminarda bir sıra digər zəruri məsələlər də vurğulandı. İştirakçılardan Rəşadət Əsgərov, Elnur Hüseyinli, Mirhənifə Mirsultanov və digərləri seminarda müzakirə olunan məsələ ilə bağlı öz fikir və təkliflərini bildirdilər.

Seminarda görüləcək işlər və həyata keçiriləcək tədbirlərlə bağlı tapşırıqlar verildi.
Seminarın sonunda xatirə şəkli çəkdirildi


Müzakirə edin
Həmçinin oxuyun:
12 aprel 2022, Çərşənbə axşamı
11 aprel 2018-ci il prezident seçkiləri – Lider - Xalq birliyinin növbəti təntənəsidir
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.


Türkiyə
Pakistan
İsrail
Azərbaycan