- 9 aprel, 20:47
- 723 dəfə oxunub
- 0
Region Gənc Müəllimlərinin 2-ci Şəbəkələşmə Forumu keçirilib
"Biləsuvarinfo" xəbər verir ki, şəbəkələşmə forumunda Biləsuvar Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Əminə Əhmədzadə, Rayon Təhsil Şöbəsinin müdir müavini Əlisafa Qəmbərov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, məktəb rəhbərləri, həmçinin Biləsuvar, Masallı, Yardımlı və Cəlilabad rayonlarından 60-dan çox müəllim iştirak edib.
Təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik edərək, gənc müəllimlərin təlim ehtiyaclarını müəyyən edib bu istiqamətdə müxtəlif təlimlər keçən AGMA müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə forumda “Netvörkinq bacarığı”, “Effektiv ünsiyyət” və “Sinfin idarəolunması” mövzularında təlimlər təşkil edib.
Cəmiyyətin etibarlı dayağı olan istedadlı gənc müəllimlərin aşkara çıxarılmasını, müsbət müəllim imicinin formalaşmasını qarşısına məqsəd qoyan AGMA, gənc müəllimlər arasında əməkdaşlığı, təcrübə mübadiləsini daha da inkişaf etdirərək gənc müəllimlərin fəallığını artıracaq, onların peşəkar və fərdi inkişaflarına öz töhfəsini verəcəkdir.
Forumun keçirilməsində bizə dəstək olan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Biləsuvar Rayon İcra Hakimiyyətinə, Biləsuvar Rayon Təhsil Şöbəsinin nümayəndəliyinə təşəkkür edirik!
Təlimin sonunda forumda iştirak edən müəllimlərə sertifikatlar verildi.