Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Müəllimlərin şəbəkələşmə forumu Biləsuvarda keçiriləcək


Müəllimlərin şəbəkələşmə forumu Biləsuvarda keçiriləcək

06 aprel 2022, Çərşənbə
812
0
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) region müəllimlərinin yumşaq bacarıqlarının inkişaf etdirilməsi, şəbəkələşməsi, əməkdaşlığın qurulması məqsədilə “Region gənc müəllimlərinin 2-ci şəbəkələşmə forumu” nu təşkil edir.

"Bilesuvarinfo"
xəbər verir ki, ilk forum 09.04.2022-ci ildə Biləsuvar rayonunda keçiriləcək. Foruma Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarından müəllimlər qoşula bilərlər.

10.04.2022-ci ildə Astarada keçiriləcək forumda isə Lənkəran, Lerik və Astaradan müəllimlər iştirak edə bilər. Foruma qatılmaq istəyən müəllimlər rayon təhsil şöbələrinə müraciət etsin. 

Forum Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş “Gənc müəllimlərin inkişaf proqramı” layihəsi çərçivəsində icra olunur.

Daha ətraflı: https://agma.az/ads/49




Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan