» » Biləsuvarda pambıq yığımına hazırlıqla bağlı mövcud vəziyyətin monitorinqi aparılıb


Biləsuvarda pambıq yığımına hazırlıqla bağlı mövcud vəziyyətin monitorinqi aparılıb


Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən yaradılmış monitorinq qrupu rayonda pambıq yığımına hazırlıqla bağlı texniki təminatın mövcud vəziyyətinin monitorinqi aparılmış və “Texniki
təhlükəsizlik qaydaları” mövzusunda mühəndis texniki işçilər və mexanizatorlara maarifləndirici təlim keçirilmişdir.


"BİLESUVARİNFO" xəbər verir ki, monitorinqin və təlimin məqsədi cari ildə pambıqçılıq şirkətlərinə məxsus pambıq yığımında və daşınmasında istifadəsi nəzərdə tutulan kənd təsərrüfatı texnikalarının, pambıq qəbulu
laboratoriyasının texniki avadanlıqlarının mövcud vəziyyətinin müəyyən edilməsi, pambıqyığan kombaynlardan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməsi, yanğın təhlükəsizliyinə qarşı müvafiq tədbirlərin
görülməsi,  bu sahədə çalışan mühəndis-texniki işçilərin və mexanizatorların təlimatlandırılması olmuşdur.

Monitorinq zamanı Biləsuvar DAİM-in texniki nəzarət müfəttişi tərəfindən pambıq yığımı mövsümündə istifadə olunacaq texniki avadanlıqlara, traktorlara, traktor yedəklərinə, pambıqyığan kombaynlara baxış keçirilmişdir.

Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin monitorinq qrupu tərəfindən şirkətlərin məsul şəxslərinə aşkarlanmış nöqsanların qısa müddətdə aradan qaldırılması istiqamətində müvafiq tövsiyələr verilmişdir.

          Biləsuvar DAİM

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR