
"BİLESUVARİNFO" xəbər verir ki, Biləsuvar DAİM əməkdaşları tərəfindən "Aqroservis" ASC-nin Biləsuvar rayon bölməsində və rayonun pambıq istehsalı və emali ilə məşqul olan şirkətlərin istifadəsində olan traktorların, traktor-yedəklərinin, asma-qoşquların və digər mexaniki nəqliyyat vasitələrinin sazlığı, istismara yararlı olması və texnikaların uzun və qısa müddətli saxlanma yaz tarla işlərinə hazırlıq vəziyyətini yoxlayıb.
Görüşlərdə bu sahədə calışan mühəndis - texniki işçilər və sürüçü-mexanizatorlar təhlükəsizlik qaydaları ilə bir daha təlimatlandırılıb. Müəssisələrdə mexanizatorların idarə etdikləri traktor, yükləyici və pambıqyığan kombaynlar üzrə idarəetmə dərəcələrinin uyğunluğunun vəziyyəti yoxlanıldı.
Yoxlama zamanı "Aqroservis" ASC-nin Biləsuvar rayon bölməsi və "MKT İK" MMC istisna olmaqla bəzi müəssisələrdə uzun və qısa müddətli saxlanma qaydalarına düzgün riayət olunmadığı aşkarlandı. Aşkarlanmış nöqsanların qısa müddətdə aradan qaldırılması məqsədilə Biləsuvar DAİM əməkdaşlarıı tərəfindən akt tərtib edilib, müvafiq tapşırıq və tövsiyyələr verildi.
Sonda mühəndis-texniki işçilərə və mexanizatorlara "Traktorların və kənd təsərrüfatı texnikalarının saxlanma qaydaları haqqında təlimat" DAİM əməkdaşları tərəfindən uca səslə oxunaraq yaddaş bukletləri paylanıldı.







