"P Aqro MMC"-nin texnikalarına təhlükəsizlik məqsədilə baxış keçirildi
Dövlət proqramına və tədbirlər planına uyğun olaraq Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki Nəzarətin Təşkili üzrə baş məsləhətçisi tərəfəfindən rayonda "P Aqro" MMC-nin Biləsuvar rayonunda yerləşən pambıq emalı zavodu və qəbul məntəqəsində pambıq yığımına hazırlıqla bağlı texniki təminatın mövcud vəziyyətinin monitorinqi aparıldı və “Texniki təhlükəsizlik qaydaları” mövzusunda mühəndis texniki işçilər və mexanizatorlara maarifləndirici təlim keçirilmişdir.
"BİLESUVARİNFO" xəbər verir ki, monitorinqin və təlimin məqsədi cari ildə pambıqçılıq şirkətlərinə məxsus olan pambıq yığımında və daşınmasında və emalında istifadəsi nəzərdə tutulan kənd təsərrüfatı texnikalarının, pambıq qəbulu laboratoriyasının texniki avadanlıqlarının mövcud vəziyyətinin müəyyən edilməsi, pambıqyığan kombaynlardan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməsi, yanğın təhlükəsizliyinə qarşı müvafiq tədbirlərin görülməsi və bu sahədə çalışan mühəndis-texniki işçilərin və mexanizatorların təlimatlandırılması olmuşdur.
Biləsuvar DAİM-in texniki nəzarət müfəttişi tərəfindən pambıq yığımı mövsümündə istifadə olunacaq texniki avadanlıqlara, traktorlara, traktor yedəklərinə, pambıqyığan kombaynlara baxış keçirildi və sürücü mexanizatorların sürücülük vəsiqəsinin kateqoriyası və etibarlılıq müddəti yoxlanıldı. Baxış zamanışirkətlərin məsul şəxslərinə aşkarlanmış nöqsanların qısa müddətdə aradan qaldırılması istiqamətində müvafiq tövsiyələr verildi.